Xəbər xətti
26-10-2021
25-10-2021
24-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Ermənistan İslam dinini təhqir edir

Baxılıb: 4345     Tarix: 20-12-2016 12:37   
Ermənistan İslam dinini təhqir edir


İran Prezidentinin Ermənistana səfəri Azərbaycanda narahatlıqla qarşılanır.

Bunu politoloq, millət vəkili Elman Nəsirov bəyan edib. Onun sözlərinə görə, bir məsələ İran tərəfinin diqqətindən yayınmamalı idi ki, söhbət Ermənistanın sadəcə Azərbaycanın torpaqlarının işğalından yox, müsəlman ölkəsi olan Azərbaycan torpaqlarının işğalından gedir:

“İran prezidenti elə bir ölkəyə səfər edir ki, o ölkə Azərbaycan torpaqlarını işğal altında saxlayır. Bizim bir milyondan çox məcburi köçkün və qaçqınımız var. İranın müsəlman bacı-qardaşları məcburi köçkün və qaçqın vəziyyətində yaşayırlar. Eyni zamanda, İran tərəfi Azərbaycanın işğal altında qalan bütün məscidlərinin Ermənistan tərəfindən məhv edilməsi məsələsinə biganə yanaşmamalıdır. Bizim tarixi abidələrimiz məhv edilib. Onların əksəriyyəti islam mədəniyyətinin nümunələridir. Ermənistan həmin məscidlərdə müsəlman aləminin qəbul etmədiyi heyvan-donuzu saxlayır və yetişdirir. Bunlar hamısı İslam dininin təhqir edilməsidir. Bunu edən Ermənistandır. Təəssüf ki, İran tərəfi bu məsələdə özünü görməməzliyə vurur.”

Politoloqun fikrincə, İran tərəfi çox gözəl başa düşür ki, həmin ölkəyə hərbi müdaxilənin baş verməməsində Azərbaycan unikal rol oynayıb:

“ Azərbaycan Prezidentinə dəfələrlə təzyiq göstəriblər ki, Azərbaycan ərazisindən İrana qarşı istifadə edilsin. Lakin ölkə Prezidenti bütün təzyiqlərə müqavimət göstərərək, qətiyyətli şəkildə bunun baş verməsinə imkan verməyib. Eyni zamanda, İrana qarşı maliyyə, iqtisadi sahələrdəki sanksiyalara qoşulmayıb. Bunların nəticəsində Azərbaycan çoxlu təzyiqlərlərlə üz-üzə qalıb. Bu da İrana çox gözəl bəllidir. Belə olan təqdirdə, İran prezidentinin Ermənistana səfəri haqlı olaraq ictimayyət tərəfindən narahatlıqla qarşılanır.”

Elman Nəsirli düşünür ki, İran prezidentinin Ermənistana səfəri ölkədə hökm sürən Xameyni prinsiplərinə ziddir:

“Xameynizmə görə, müsəlmana müsəlmandan yaxın dost yoxdur. Belə olan halda, İran prezidentinin müsəlman qardaşlarını məcburi köçkün və qaçqına çevirmiş, torpaqlarının bir hissəsini işğal etmiş bir ölkəyə səfərinə necə qiymət vermək olar?!”

Həsən Ruhaninin Ermənistana səfəri ilə İsrail hökümət başçısının Azərbaycana səfəri arasında müqayisə aparmağın doğru olmadığını deyən Elman Nəsirli İsrail-Azərbaycan münasibətlərinin heç vaxt üçüncü bir dövlətin, İranın əlehinə yönəlmədiyini bildirib:

“ Azərbaycan-İsrail arasındakı münasibətlərin inkişafı Azərbaycanın müsəlman dünyasına verdiyi çox mühüm töhfələrə qətiyyən mane olmur. İsraildə də bunu çox gözəl dərk edirlər. Əgər bu belə olmasaydı, Azərbaycan Fələstin ilə əlaqələr saxlamazdı. Fələstin administrasiyasının Azərbaycandakı səfirliyinin fəaliyyəti məhz Azərbaycan büdcəsi hesabına maliyyələşdirilir. Bu da çox unikal hadisədir. Azərbaycan Fələstin dövltəinin yaradılması ideyasını həmişə dəstəkləyib. 2012-ci ildə BMT Baş Məclisində Fəlsətinə müşahidəçi statusu verilməsi məsələsində də Azərbaycan onun lehinə səs verdi.”AzNews.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər