Xəbər xətti
20-10-2021
19-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

1 və 3 qəpikliklər dövriyyədən çıxarıla bilər

Baxılıb: 4362     Tarix: 20-12-2016 09:44   
1 və 3 qəpikliklər dövriyyədən çıxarıla bilər


Ekspert: “Qəpiklərin istehsal olunmasının maya dəyəri öz nominal dəyərindən daha çoxdur”

Mağazalarda bir çox insanlar onlara 1 və 3 qəpikliklər qalıq kimi veriləndə bundan imtina edir. Vətəndaşlar bu qəpiklərin işlənmədiyini deyirlər.

Müşahidələr göstərir ki, 5, 3, 1 qəpik kimi xırda pulların dövriyyəsində böyük problemi var. Hətta bu qəpiklərə ictimai nəqliyyatda sürücülər də yaxın durmur. Onları “Bakıkart”a vurub metrolarda istifadə edə bilmirik. Bu cür qəpiklərin yalnız böyük marketlərdə istifadə etmək mümkündür.

1, 3, 5 qəpikliklərdən ibarət 20 qəpik məbləğ düzəldib kiçik bir marketə yaxınlaşdıq. Əlimizdəki pulla salfet almaq istədikdə satıcı xırda qəpiklikləri görüb “iri pul verin, bu qəpiklər sonra üstümdə qalır, heç kimə verə bilmirəm” deyə irad bildirdi. Ən pis halda 5 qəpikləri alacağını dedi.

Apardığımız müşahidə zamanı da bəlli oldu ki, xüsusən də 1 və 3 qəpikləri heç yerdə götürmürlər. Bu qəpiklərdən sanki hansısa virusdan qaçar kimi qaçırlar.

Əslində isə Valyuta Tənzimlənməsi Haqqında Qanunun 4-cü maddəsinə əsasən, vətəndaş hər hansı müqavilə və əqdi ölkə valyutasının istənilən növü ilə bağlaya bilər. Mövcud qaydalara görə əgər hər hansı bir sahibkarlıq subyekti, belə sikkələri almaqdan imtina edərsə, o zaman vətəndaş mərkəzi banka müraciət etməlidir. Eyni hal 2 dəfə təkrarlanarsa, o zaman Mərkəzi bank tərəfindən həmin obyektin bağlanması ilə bağlı məsələ qaldırıla bilər.
İqtisadçı ekspert Natiq Cəfərli 1 və 3 qəpikliklərin dövriyyədən çıxarılması məsələsinin gündəmə gələcəyini dedi: “İnflyasiyanın səviyyəsi artıq o həddə çatıb ki, 1 və 3 qəpikliklərin işlənilməsi üçün şərait də getdikcə azalır. Qəpiklərin istehsal olunmasının maya dəyəri öz nominal dəyərindən daha çoxdur. Yəni 1 qəpiyi istehsal etmək üçün dövlət 1 qəpikdən daha artıq vəsait xərclənməli olur. Çox güman ki, qiymət artımının, inflyasiyanın həddini nəzərə alaraq bu qəpiklərin dövriyyədən çıxarılması məsələsi gündəmə gələcək. Çünki qiymətlərin sürətlə artması, manatın dəyərdən düşməsi bu məsələni də aktuallaşdırır . Dövlətə artıq iqtisadi cəhətdən sərf də etməyəcək ki, 1, 3, 5 qəpiklikləri istehsal etsin və dövriyyəyə buraxsın. Bir müddət sonra yəqin ki, bu məsələ həllini tapacaq. Amma bu insanlara ziyan vurmaq yolu ilə olmamalıdır. Banklara Mərkəzi Bank tərəfindən xüsusi göstəriş və yaxud da tapşırıq verilə bilər. Əslində qanunla banklar bu qəpikləri götürməlidirlər. Kimin evində, əlində varsa və yaxud da kiçik mağazalarda yığılıb qalmış 1 və yaxud da 3 qəpikliklər varsa, onlar banklar tərəfindən bir dəfəlik qəbul olunub dəyişdirilməlidir və dövriyyədən çıxarılmalıdır. Çox güman ki, belə bir addım atılmağına ehtiyac yaranıb. İndiki qiymət artımı çərçivəsində bu cür qəpiklərin işlədilməsi artıq aktuallığını itirir”.musavat.com

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər