Xəbər xətti
22-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

"Basdırılan qız" DİRİLDİ -TOVUZDA

Baxılıb: 2825     Tarix: 15-01-2016 14:04   
"Basdırılan qız" DİRİLDİ

Tovuz rayonunda yoxa çıxan 21 yaşlı qızın 3 gün sonra qeyri-adi şəkildə tapılması böyük maraq doğurub. Sumqayitfakt.az xəbər verir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Əyyublu kənd sakini, 21 yaşlı Məhərrəmova Zülfiyyə Nizami qızı ata babasına məxsus olan və heç kimin yaşamadığı tikilidən tapılıb. O, 4 gün əvvəl yaşadığı evdən çıxaraq 350-400 metr məsafədəki həmin evə sığınıb.


Gənc qızın evdən niyə qaçmasına gəlincə, məlum olub ki, bir neçə gün əvvəl onun özündən 1 yaş kiçik olan qardaşı Anar Məhərrəmov evdən sevgi məktubu tapıb. Gənc oğlan məktubun bacısına məxsus olduğunu görüb və Zülfiyyəni döyüb. Daha sonra isə A.Məhərrəmov evdən çıxıb. Qardaşının evə qayıdandan sonra onu daha pis döyəcəyindən, evdə söz-söhbətin böyüyəcəyindən qorxan qız qaçmaq qərarına gəlib və evdən çıxıb.

Hadisə ilə bağlı polisə ilkin məlumat daxil olandan sonra evə baxış keçirilib və mənzildə qan damcıları tapılıb. Bu fakt gənc qızın qardaşı tərəfindən öldürülməsi şübhəsini artırıb. Lakin Z.Məhərrəmova tapılandan sonra onun qol nahiyəsində kəsik aşkarlanıb və məlum olub ki, o, evdən qaçmazdan əvvəl intihara cəhd edib. Həmin vaxt qız fikrindən daşınaraq evdən qaçmağı üstün tutub.

O da bildirilir ki, gənc qızın itkin düşməsindən sonra Eyyublu kəndində çoxlu söz-söhbətlər yayılıb. Qızın qardaşı tərəfindən öldürülməsi və kənd qəbiristanlığında basdırılması barədə şaiyələr yayılıb. Lakin polisdə ifadə verən A.Məhərrəmov dəfələrlə bildirib ki, bacısına bir-iki şillə vurmaqdan başqa ona heç nə etməyib.

Z.Məhərrəmovanın necə tapılmasına gəlincə, məlumat daxil olduqdan sonra Əyyublu kəndində mülki formalı polislər axtarışlara başlayıblar. Bəzi kənd sakinləri 21 yaşlı qızı küçədə gördüklərini və qonşunun həyətinə girdiyini deyib. Bundan sonra onun kənddə olması ehtimalı dahada artıb və nəhayət, Z.Məhərrəmova babasının kimsəsiz evindən tapılıb.
Hazırda Z.Məhərrəmova həkim nəzarəti altındadır və ona sakitləşdirici iynələr vurulub.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər