Xəbər xətti
20-10-2021
19-10-2021
18-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda “Dini radikalizm və terror” mövzusunda tədbir keçirilib

Baxılıb: 21 088     Tarix: 28-10-2016 10:06   
Sumqayıtda “Dini  radikalizm və terror” mövzusunda tədbir  keçirilib


Sumqayitfakt.Az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şöbəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhəri “Tarix” muzeyində “Dini radikalizm və terror” mövzusunda tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov müstəqilliyimizin ilkin dövrlərində ölkəmizə ayaq açan humanitar təşkilatların fəaliyyətləri, onların apardığı dini təbliğatın nəticəsində formalaşan zərərli dini ideologiya daşıyıcısı olan şəxslərin özlərinə sosial baza yaratmaq cəhdləri və nəticədə dövlət-din münasibətlərinə verdiyi zərərlər haqqında danışıb, dünyada dini və milli zəmində baş verən münaqişələr, ölkəmizə qarşı olan dini təhdidlər barədə fikirlərini bildirib.

DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev qeyri-qanuni şəkildə fəaliyyət göstərən zərərli dini cərəyanlar haqqında məlumat verib, onların təbliğat metodologiyası, fəaliyyət istiqamətləri haqqında danışıb. Qeyd edib ki, ictimai həyatda hər gün qarşılaşdığımız dindarlar, dini fəaliyyətlər haqda fikirlərimiz və münasibətimiz humanizm prinsiplərinə əsaslansa da, onların fəaliyyətlərinin nəticələrini öyrəndikdə, təhlillər aparıldıqda gəlinən nəticə budur ki, zərərli dini cərəyanların apardığı təbliğatların məqsədi tarix boyu əldə etdiyimiz milli-mənəvi dəyərlərin məhvinə, şəhidlərimizin qanı bahasına qurub yaratdığımız dövlətçiliyimizin əsaslarının sarsıdılmasına yönəlib.

Sonra çıxış edən DTX-nın Sumqayıt şəhər İdarəsinin əməkdaşı Elçin İsgəndərov müxtəlif dini cərəyanların yaranması tarixindən danışıb. O qeyd edib ki, suverenliyimizi təhdid altına alan dini-ekstremist qrupların fəaliyyətlərinin qarşısının alınması dövlət orqanları tərəfindən layiqincə həyata keçirilir.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər