Xəbər xətti
26-10-2021
25-10-2021
24-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

“Azərbaycanda qeyri-ənənəvi və radikal dini cərəyanlar: təzahür formaları və fəaliyyət üsulları” mövzusunda konfrans keçirildi -SUMQAYITDA

Baxılıb: 2752     Tarix: 08-10-2016 15:59   
“Azərbaycanda qeyri-ənənəvi və radikal dini cərəyanlar: təzahür formaları və fəaliyyət üsulları” mövzusunda konfrans keçirildi

Sumqayitfakt.Az xəbər verir ki, gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi və dini radikalizmə qarşı mübarizə məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı il üçün təsdiq edilmiş birgə Tədbirlər Planına uyğun olaraq, Sumqayıt “Azərbaycanda qeyri-ənənəvi və radikal dini cərəyanlar: təzahür formaları və fəaliyyət üsulları” mövzusunda konfrans keçirildi.

Sumqayıt şəhərindəki Tarix Muzeyində keçirilən konfrans, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başladı. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra konfrans iştirakçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Fitnə” filminə tamaşa etdilər.

Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dilşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdir müavini, dini işlərin təşkilatçısı Fərman Kazımov, Sumqayıt şəhər Cümə Məscidinin axundu Hacı Rauf Sərdarov, 13 saylı məktəbin tarix müəllimi Rəşad Qocayev çıxış edərək, konfransın məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verdilər. Çıxış edən natiqlər ölkədə mövcud ənənəvi İslam dəyərlərinin düzgün təbliğinin aparılması istiqamətində görülən işlərdən, xalqımızın multukultural dəyərlərə sadiqlik nümayiş etdirməsindən, dünyəvi və demokratik dövlət olaraq Azərbaycanda dini etiqad azadlığının təmin olunmasından ətraflı danışdılar. Eyni zamanda bir sıra radikal dini cərəyanların dini dəyərləri siyasiləşdirməsi işindən, onların bəzi hallarda dövlətçiliyə qarşı yönəlmiş məqsədyönlü niyyətlərindən təəssüf hissi keçirdiklərini qeyd edən natiqlər, birmənalı olaraq bildirdilər ki, Azərbaycanın milli təhlükəsizliyinə yönəlmiş istənilən hərəkətlərin, dövlətçiliyə qarşı təhdidlərin qarşısı xalqımız və dövlətimiz tərəfindən qətiyyətlə alınacaqdır. Çıxış edənlər mövzu ilə bağlı tövsiyələrini, statistik məlumatları verməklə yanaşı, eyni zamanda qeyd etdilər ki, vətənpərvər, dövlətini və xalqını sevən, hərtərəfli inkişaf etmiş Azərbaycan gəncliyi bu istiqamətdə daim fəallıq göstərəcək, bu kimi radikal mövqe tutan qüvvələrin təsirinə düşməyəcək, əksinə azərbaycançılıq ideyalarının, milli-mənəvi və dini dəyərlərin qorunub saxlanmasında təbliğatçı olaraq daim mübarizlik nümayiş etdirəcəklər.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov və həmin şöbənin məsul işçisi Ülvi Məmmədov da iştirak edirdi. Sonda gəncləri maraqlandıran suallara aydınlıq gətirilməsinə şərait yaradıldı.

Sumqayitfakt.Az

“Azərbaycanda qeyri-ənənəvi və radikal dini cərəyanlar: təzahür formaları və fəaliyyət üsulları” mövzusunda konfrans keçirildi
“Azərbaycanda qeyri-ənənəvi və radikal dini cərəyanlar: təzahür formaları və fəaliyyət üsulları” mövzusunda konfrans keçirildi
“Azərbaycanda qeyri-ənənəvi və radikal dini cərəyanlar: təzahür formaları və fəaliyyət üsulları” mövzusunda konfrans keçirildi
“Azərbaycanda qeyri-ənənəvi və radikal dini cərəyanlar: təzahür formaları və fəaliyyət üsulları” mövzusunda konfrans keçirildi


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər