Xəbər xətti
21-10-2021
20-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

"Sülh" küçəsi yenilənir - Sumqayıtda

Baxılıb: 31 758     Tarix: 09-01-2016 16:38   
"Sülh" küçəsi yenilənir

Bir neçə gündür ki, Sumqayıt şəhərində Sülh küçəsi boyunca mövcud olan obyektlərin söküləcəyi ilə bağlı söhbətlər şəhər əhalisinin diqqət mərkəzində olan məsələlərdəndir. Bir qrup insan, əsasən də obyekt sahibləri və orada çalışanlar bu addımı etirazla qarşılasalar da, əksər şəhər sakinləri bunu bəyəndiklərini bildirirlər.


Narazılar bu qərarı ədalətsiz hesab edirlər. Onların fikrincə, illərdir bu ərazidə olan obyektlər qanunsuz ola bilməzdi və vətəndaşların burada külli miqdarda vəsaitləri batır. Belə qərar verərkən bütün bunlar nəzərə alınmalı idi.

Lakin ədalət naminə qeyd edək ki, Sumqayıt infrastrukturuna yaxından bələd olan İcra Hakimiyyıtinin başçısı Zakir Fərəcovun son aylarda həyata keçirdiyi tədbirlər şəhərin gələcək mənzərəsində yaxşılığa doğru ciddi addımlar kimi qiymətləndirilməlidir.

Artıq bu gündən Sülh küçəsində yerləşən "Ucuz market"in söküntüsünə başlanılır. Söküntünün küçə boyunca davam etdiriləcəyi nəzərdə tutulur.

Sumqayıt sakinlərinin böyük əksəriyyəti də bu dəyişikllikləri rəğbətlə qarşılayırlar. Vətəndaşların sözlərinə görə, bu, Sumqayıtın əvvəlki səliqə-sahmanını özünə qaytaracaq və indiki dövrdə şəhərin mərkəzində yaranan qarışıqlıq və tıxacın qarşısını alacaq. Bu baxımdan Sülh küçəsində aparılan yenidənqurma işlərinin müsbət nəticələr doğuracağı şübhəsizdir

Sumqayıtfakt.az məsələ ilə bağlı bəzi Sumqayıt sakinlərinin fikirlərini öyrənib. Onları oxuculara təqdim edirik:
"Sülh" küçəsi yenilənir
Ariz Cəfərov:

"Bu çoxdan olmalı idi. Sülh küçəsi Sumqayıtın mərkəzi küçəsidir. Burada çox sıxlıq yaranıb. Ona görə də küçənin genişlənməsinə ehtiyac var.
Onu da deyim ki, Zakir müəllim Sumqayıta rəhbər təyin olunandan bəri şəhərlə bağlı ciddi işlərin görüldüyü müşahidə edilir. Bir sakin kimi biz bu addımları bəyənirik və dəstəkləyirik"

"Sülh" küçəsi yenilənir
Şəfəq Kazımova:

"Bir sumqayıtlı kimi şəhərimizin özünəməxsus simasının qaytarılması məni sevindirir. Şəhərin gələcəyi üçün bu yenilikləırə ehtiyac vardı. Ona görə də bunu alqışlayıram."
"Sülh" küçəsi yenilənir

Tural Nəbizadə:

"Bir gənc kimi mən də Sumqayıtın müasir şəhər infrastrukturuna cavab verməsini istərdim. Mərkəzi küçədə böyük dəyişiklik olması labüddür. Mərkəzdə bu qədər mağaza və kafelərin sıxlığı şəhərin görünüşünə xələl gətirir. Burada yaşıllığın və istirahət parkının, avtodayanacağın olması daha yaxşı olardı."

"Sülh" küçəsi yenilənir"Sülh" küçəsi yenilənir


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər