Xəbər xətti
21-10-2021
20-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Vahid Mustafayevin biznesi çökür – Kütləvi ixtisarlar başlayıb

Baxılıb: 4673     Tarix: 09-01-2016 15:49   
ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev devalvasiya ilə bağlı rəhbəri olduğu qurumlarda ciddi ixtisarlara başlayıb
Vahid Mustafayevin biznesi çökür

Sumqayıtfakt.az portalının məlumatına görə, V.Mustafayev “Bakı film” kinostudiyasından və “Yaradan” prodakşndan 26 nəfəri işdən çıxarıb. Bəziləri isə öz hesablarına məzuniyyət götürüb. Bu barədə aznews.az saytı yazıb.

İxtisarlar eyni zamanda ANS televiziyasında da aparılır. Bəzi layihələr bağlanır, layihədə çalışan əməkdaşlar isə TV-dən uzaqlaşdırılır. Məlumdur ki, artıq bir neçə tanınmış sima – şoumen Kamran Həsənli və telekanalda yayımlanan bir neçə verilişin müxbir-prodüseri olmuş Afət Rahilqızı TV-ni tərk edib. Səbəb kimi isə, şirkətdə yaranmış maliyyə çətinliklərinin olduğu deyilir.

Bundan əlavə Xoşqədəm Hidayətqızının “Səni Axtarıram” verilişinin ANS-ə keçmiş komandasının üzvləri də artıq TV-dən ayrılıblar. Onlardan bəziləri yenidən ATV-yə qayıdıb.

Məlumata görə böhranla bağlı ixtisarlar Vahid Mustafayevin şəxsi biznesində də özünü göstərir. Onun bəzi obyektlərinin bağlanma təhlükəsinin olduğu bildirilir. Məsələn, qeyd olunur ki, V.Mustafayevə məxsus olduğu bildirilən məşhur “All Star” elektrik mağazasının işçilərinin yarısı işdən azad olunub. Mağazanın yaxın vaxtlarda fəaliyyətinin tam dayanacağı gözlənilir.

Qeyd edək ki, manatın ikinci devalvasiyasından sonra Vahid Mustafayev ANS-də “Nəzər Nöqtəsi” verilişində geniş müsahibə ilə çıxış etmişdi. O, devalvasiyanın insanların həyat tərzinə ciddi təsir etməyəcəyini, əksinə bu prosesin dövlətin xeyrinə işləyəcəyini bildirmişdi.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər