Xəbər xətti
22-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Cavid Qurbanovdan rəqiblərinə acıqverici addım - 10 ədəd maşın aldı!!!

Baxılıb: 4536     Tarix: 05-07-2016 21:50   
Cavid Qurbanovdan rəqiblərinə acıqverici addım
Sumqayitfakt.Az

Bir neçə gün öncə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti xidməti istifadə üçün 10 ədəd “NAZ Lifan” markalı avtomobili alıb

Ümumilikdə, dövlət və özəl sektordan Naxçıvan istehsalı avtomobil almaq üçün çoxsaylı müraciətlər daxil olur.

Bunu Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev deyib.

Direktor qeyd edib ki, Naxçıvan Avtomobil Zavodunun (NAZ) Çinə sifariş verdiyi avtomobillər də artıq Azərbaycana gətirilib: “Çindən gətirilən avtomobillər “320” modelinə aiddirlər. Həmin avtomobillər sifarişçilərə çatdırılır”.

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin “Təsərrüfat İdarəsi” MMC-nin rəisi Məhəmməd Əmircanov bildirib ki, QSC-nin avtomobil parkının yenilənməsinə ehtiyac var. Bu baxımdan Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi “NAZ Lifan” avtomobillərinə üstünlük veriləcək.

Qeyd edək ki, buna qədər Təhsil Nazirliyi, “Xəzər Dəniz Gəmiçiliyi” QSC, "Gəncə Avtomobil Zavodu”, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, "Azpetrol", Dövlət Neft Şirkəti, "Cahan Holding"də NAZ alanlar sırasına qoşulub.

Naxçıvan Avtomobil Zavodu (NAZ) hazırda 8 modeldə minik avtomobili istehsal edir. Bunlar “NAZ-lifan” 720, “NAZ-lifan” 820 (Premium modellər), “NAZ-lifan” 620, “NAZ-lifan” 630 (sedan modellər), “NAZ-lifan” X50 və X60 (SUV), “NAZ-lifan” 320 və 330 (mini) modelləridir.

Xatırladaq ki, bu ilin yanvarın 26-da prezident İlham Əliyev Azərbaycan məmurlarına xidməti maşın kimi Naxçıvanda istehsal edilən "NAZ Lifan" markalı maşınlardan istifadə etməyi məsləhət görüb.

Ölkə başçısı deyib ki, indi o vəziyyət deyil ki, kimsə özü üçün xüsusi bir avtomobil alsın, özü də dövlət hesabına. "Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir".(azvision.az)


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər