Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

İki prezident İlham Əliyevə zəng etdi

Baxılıb: 4560     Tarix: 05-07-2016 12:20   
İki prezident İlham Əliyevə zəng etdi


Prezidentlər Azərbaycanı Ramazan bayramı münasibəti ilə təbrik ediblər.
İran və Türkiyə prezidentləri Azərbaycanın dövlət başçısına zəng ediblər. İran İslam Respublikasının prezidenti Həsən Ruhani müqəddəs Ramazan bayramı münasibətilə dövlət başçısını təbrik edib, Azərbaycan xalqına rifah və əmin-amanlıq arzularını çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlıq edərək öz növbəsində Ramazan bayramı ilə əlaqədar İran İslam Respublikasının Prezidentini təbrik edib, İran xalqına tərəqqi və firavanlıq arzulayıb.

Dövlət başçısı İran prezidentinin gələn ay Azərbaycana gözlənilən səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan və İran prezidentləri ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, energetika, Xəzər dənizində birgə əməkdaşlığın gələcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Rəcəb Tayyib Ərdoğan da ötən gün azərbaycanlı həmkarına zəng edib və Ramazan təbrikini çatdırıb. Türkiyə Prezidenti müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlıq edib, bayram münasibətilə Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdırıb, Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

Dövlət başçıları dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə ediblər. (anspress.com)


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər