Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

XATİRƏYƏ DÖNƏN ÖMÜR

Baxılıb: 2209     Tarix: 26-10-2021 14:43   
XATİRƏYƏ DÖNƏN ÖMÜR

Aydan, ildən an gedir,
Gedir, nə yaman gedir,
Mənim qan yaddaşımdan
Ruh biçimli can gedir!...


Tale xalqımızı çox sınaqlara çəkib. Bu gün torpaqlarımız mənfur düşmənin çirkin caynaqlarından azad olunub. İndi torpaq uğrunda canlarını qurban vermiş yüzlərlə, minlərlə igidimiz, ərənimiz var. Belə oğullardan biri də tankçı Elnur Təvəkgül oğlu Abdullayevdir.

Dünyaya adi bir oğlan kimi gəlmişdi Elnur. Adi bir insan kimi yaşadı. Adi bir vətəndaş idi. Ancaq döyüşlər təsdiq etdi ki, onun qanında, canında adilik yox, qeyri-adilik var idi. O, dostlarından, yoldaşlarından, həmyaşıdlarından igidliyi ilə, qətiyyəti ilə seçildi. İgid kimi yaşadı, igid kimi döyüşdü, igid kimi də öldü... İndi də igid kimi xatırlanır...

O, 1983-cü il iyulun 10-da Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlıdan, Qaçaq Nəbinin kəndi olan Mollu kəndindəndir. 13 il müddətdən artıq hərbi xidmətdə olub. Hər kəsin hörmətini qazanıb. Tank idarəetmənin bütün incəliklərini mükəmməl bilib. Döyüşlərə Füzulidən başlayıb. Cəbrayılda hücuma keçən zaman onun tankı və digər tank heyətləri vurulmuş, o sağ qalaraq təkbaşına yaralı döyüş yoldaşlarını kolluqlarda gizlətmiş və sonra hamısını hərbi hissəyə çatdırmışdır. Ağır, şiddətli döyüşlərin getməsinə baxmayaraq öz tankını və başqa tankları da iki gündən sonra döyüş mövqeyindən çıxara bilmişdir.Gecə vaxtı əlavə altı ədəd düşmən tankını Azərbaycan Ordusuna təhvil vermişdir. Cəbrayıldan sonra Xocavənd istiqamətdə döyüşllərdə iştirak etmiş, burada da igidcəsinə vuruşmuş, bir neçə düşmən tankını və istehkamlarını dağıtmış və 2020-ci il oktyabrın 27-də şəhidlik zirvəsinə ucalmışdır. Oktyabrın 30-da Sumqayıtda Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.

Ölkə başçısının sərəncamları ilə ölümündən sonra "Cəsur döyüşçü”, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olnmuşdur.

Dövlətimiz bütün şəhid ailələrinə olduğu kimi, Elnurun ailəsindən də qayğısını əskik etmir. Səlahiyyətli qurumların nümayəndələri ailə üzvləri ilə tez-tez maraqlanırlar. Ailə İkiotaqlı mənzillə təmin olunub.

Bu gün Elnur bizim aramızda yoxdur, onun ruhu, qəlbimizdə, zehnimizdə yaşayır.

“İnsan var yaşayır ölmək üçün, insan var ölür yaşamaq üçün!” Sakit təbiətli, mehriban xasiyyətli, alicanlı, böyük-kiçik yeri bilən Elnuru yaşadan onun vətənpərvərliyi, düşmən qarşısında sinəsini dayaq verməyi idi. Onun bir amalı var idi: “Təki Vətən yaşasın!” Bu vətənpərvər oğulun şəhidliyi, dünyadan getməyi söz yox ki, qəlbimizi ağrıdır. İki qız övladı atasının şücaəti ilə qürur duyur, “Qarabağ Azərbaycandır! Qələbə bizimdir!”, -deyir.

Əziz Elnur qardaşımız! Rahat uyu, qəbrin nurla dolsun, xalqımız səni heç zaman unutmayacaq! Sən şəhidliyin zirvəsinə ucaldın! Çünki bu yolu özün seçdin! Allah min rəhmət etsin!

İlhamə Məhəmmədqı


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər