Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Noyabrın 9-da Moskvada Azərbaycanla Ermənistan iki yeni sənəd imzalayacaq

Baxılıb: 380     Tarix: 24-10-2021 08:58   
Noyabrın 9-da Moskvada Azərbaycanla Ermənistan iki yeni sənəd imzalayacaq


Noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənədin imzalanması gözlənilir.

Sumqayitfakt.Az xəbər verir ki, bu barədə "Aliq Media” "etibarlı diplomatik mənbələrə” istinadən yazıb.
Bildirilir ki, son anda fors-major vəziyyət yaranmazsa, demək olar ki, yekun olan iki sənəd Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanacaq.
"Birinci sənəd Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və delimitasiyasına aiddir. SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının 1920-ci illərin xəritələrinə əsasən, Bakı ilə İrəvan bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıyacaq. Vladimir Putinin dünən bu kartları xatırlatması təsadüfi deyildi.
Baş nazirlərin müavinləri səviyyəsində bu yaxınlarda keçirilmiş Rusiya-Azərbaycan-Ermənistan görüşü nəticəsində demək olar ki, yekun razılığın əldə edildiyi ikinci sənəd regionda kommunikasiyaların, xüsusən də Azərbaycan və Naxçıvan arasında dəhlizin açılmasına aiddir.
9 noyabr xüsusi olaraq seçilib. 2020-ci ilin bu günündə Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti Rusiya Prezidentinin vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalayıblar”,  - deyə KİV orqanı yazır.
Qeyd olunur ki, bu gün "Aliq Media” imzalanacaq iki sənəd haqqında daha ətraflı məlumat verəcək.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər