Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

BANM və ''Azərikimya'' İB arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

Baxılıb: 3879     Tarix: 15-04-2016 18:11   
BANM və ''Azərikimya'' İB arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

                                                            
Sumqayitfakt.az xəbər verir ki, Bakı Ali Neft Məktəbi və ''Azərikimya'' İB arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. BANM-nin rektoru Elmar Qasımov qonaqları salamlayaraq ''Azərikimya'' İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevə Ali Məktəblə sıx əməkdaşlığa və dəstəyə görə təşəkkürünü bildirib. E.Qasımov qeyd etdi ki, imzalanan müqavilənin əsas məqsədi BANM-də bakalavriat səviyyəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və “ömürböyü təhsil” konsepsiyası çərçivəsində biliklərin yayılmasında əməkdaşlığın genişləndirilməsindən ibarətdir.

''Azərikimya'' İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev Azərbaycanın ən qabaqcıl ali təhsil müəssisəsi olan BANM ilə imzalanan müqavilənin gələcəkdə peşəkar mühəndis kadrlar kimi yetişməkdə olan tələbələr üçün böyük rolu olacağına inandığını söyləmiş, sıx əməkdaşlıq çərçivəsində BANM-in kampusunda neft-qaz emalı, neft-kimya, proseslərin avtomatlaşdırılması yönümlü tədris və tədqiqat mərkəzlərinin yaradılmasına “Azərikimya” tərəfindən təşkilati və texniki yardım göstəriləcəyini bildirib. O, həmçinin BANM-də müxtəlif ixtisaslar üzrə müasir tədris proqramları əsasında mühəndis kadrların hazırlanması layihələrinə dəstək verilməsi, İB-in aparıcı mütəxəssislərinin BANM-də mütəxəssis hazırlığı proqramları çərçivəsində müxtəlif fənlərin tədrisinə müəllim kimi cəlb olunmasına şəraitin yaradılması, BANM-in tələbələri üçün İB-in tabeliyində olan obyektlərə tanışlıq səfərlərinin təşkili, müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin İB-in strukturlarında layihələndirmə, tikinti-quraşdırma və istismar mərhələlərində istehsalat təcrübəsi keçməsi üçün şəraitin yaradılmasının da həyata keçiriləcəyini vurğulayıb. 
Sonra müqavilənin imzalanma mərasimi olub. Bildirib ki, əməkdaşlıq çərçivəsində ''Azərikimya'' İB-in mütəxəssisləri tərəfindən BANM-in tələbələrinə və əməkdaşlarına neft-kimya texnologiyalarının inkişafı ilə bağlı məruzələr təqdim ediləcək, neft-qaz emalı, neft-kimya və idarəetmə texnologiyalarının inkişafı məsələlərinə həsr olunmuş birgə seminar və konfranslar təşkil olunacaq. BANM-də “ömürboyu təhsil” konsepsiyası çərçivəsində biliklərin yayılması məqsədilə görüləcək işlər, habelə İB-nin əməkdaşları tərəfindən mütəxəssis hazırlığı və elmi fəaliyyətlə bağlı hazırlanmış layihələrə ekspert rəylərinin verilməsi müqavilədə öz əksini tapıb. 
Xatırladaq ki, ötən yay BANM-nin “Kimya mühəndisliyi” ixtisası üzrə 42 nəfər II və III kurs tələbəsi yay istehsalat təcrübəsi müddətində ''Azərikimya'' İB-in strukturlarında istehsalat təcrübəsi keçib. 

BANM və ''Azərikimya'' İB arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb
BANM və ''Azərikimya'' İB arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb
BANM və ''Azərikimya'' İB arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb
BANM və ''Azərikimya'' İB arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb
BANM və ''Azərikimya'' İB arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb
BANM və ''Azərikimya'' İB arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb
BANM və ''Azərikimya'' İB arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər