Xəbər xətti
25-09-2021
24-09-2021
23-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

General Rövşən Əkbərov biznesmeni bu cümləyə görə öldürüb

Baxılıb: 4154     Tarix: 11-08-2021 11:01   
General Rövşən Əkbərov biznesmeni bu cümləyə görə öldürüb

Bakı Hərbi Məhkəməsində 20 il əvvəl qətl törətməkdə təqsirləndirilən Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov barəsində cinayət işinin baxılması davam edir.
Sumqayitfakt.Az virtualaz.org-a istinadən xəbər verir ki, general-leytenant Rövşən Əkbərov bu ilin martında həbs edilib. Onun həbsi barədə Baş Prokurorluq məlumat verib. Əkbərova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. General azərbaycanlı biznesmen Elçin Əliyevin qətlində ittiham olunur. Cinayət 1 iyun 2001-ci ildə Kiyevdə baş verib.

Daha əvvəl bildirildiyi kimi, general günahını etiraf etmir, ittihamları rədd edir və məhkəməyə gəlməkdən imtina edir. Rövşən Əkbərov da istintaq zamanı qürurla susmağa qərarına gəlib və təqsirləndirilən şəxs qismində ifadə verməyib.

Eyni zamanda cinayət işində general Əkbərov günahını təsdiq edən sübutlar var. Belə sübutlardan biri də hadisənin əsas şahidi Məzahir Şıxəliyevlə Elçin Əliyevin atası Faday Əliyev arasında baş verən söhbətin qeydəalınmasıdır. Məzahir Şıxəliyevin özü 2013-cü ildə onkolojı xəstəlikdən dünyasını dəyişib.

Əvvəlki ifadələrdən məlum olduğu kimi, 1 iyun 2001 -ci ildə Elçin Əliyev, Məzahir Şıxəliyev və Rövşən Əkbərov Azərbaycanın Kiyevdəki səfirliyində görüşüblər. Səfirlikdəki ziyafətə çoxlu qonaq toplaşıb.

Gecə yarısına yaxın Elçin Əliyev və Məzahir Şıxəliyev pivə içmək üçün "Sikora" kafesinə gediblər. Tezliklə oraya daha bir azərbaycanlı ilə birlikdə (bəzi şahidlər onun səfirliyin komendantı Qüdrət Əhmədov olduğunu deyib - red.) general Rövşən Əkbərov da gəlib.
Rövşən Akperovu görən Elçin Əliyev kafedə olan skripkaçıdan zabitlər haqqında bir neçə mahnı, o cümlədən Qazmanovun məşhur hiti - "Cənab zabitlər" ifa etməsini istəyib. Tezliklə Rövşən Əkbərov, Elçin Əliyev və Məzahir Şıxəliyev bir masa arxasında oturublar.

Məzahir Şıxəliyevlə Elçin Əliyevin atası arasındakı söhbətdən stenoqramı diqqətinizə təqdim edirik: "Rövşən soruşub ki, niyə ona səfirlikdə salam vermədik? "Biz səfirliyə çatanda sən samovar dəmləyirdin", - gülərək Elçin cavab verib. Bu sözlərdən sonra Rövşən Əkbərov əsəbi şəkildə soruşub: "Səncə mən çayxanaçıyam?" Onu sakitləşdirməyə çalışdım. O isə məni təhqir edib. Soruşdum ki, sən kimsən ki, məni susdurursan? Ayağa qalxıb və "indi ağzını bağlayacam" deyib.

İfadələr göstərir ki, mühafizəçilər sərxoş azərbaycanlılardan kafeni tərk etmələrini istəyiblər. Mübahisə küçədə davam edib və faciə ilə başa çatıb. Rövşən Əkbərov Məzahir Şıxəliyevin sifətinə yumruqla zərbə endirib və sonra Elçin Əliyevi bıçaqla vurub.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər