Xəbər xətti
25-09-2021
24-09-2021
23-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Sumqayıta yayılan pis qoxunun səbəbi nədir? - AÇIQLAMA

Baxılıb: 2148     Tarix: 03-08-2021 15:36   
Sumqayıta yayılan pis qoxunun səbəbi nədir? - AÇIQLAMA

"Sumqayıtda məişət tullantıları poliqonunda baş vermiş yanğın təbii şəkildə meydana gəlir. Amma dünən gecə havadakı mövcud vəziyyətin poliqon ərazisi ilə əlaqəsi yoxdur”.

Bunu Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev ötən gün şəhər əhalisinin narahatlığına səbəb olan pis qoxu ilə bağlı açıqlamasında deyib.

E.Qocayev bildirib ki, illərdir toplanan tullantılar yer altında qazlaşmaya səbəb olur:

"Nəticədə yanğın baş verir. Lakin bu hadisə ötən həftə olub. Sumqayıt şəhər məişət tullantıları poliqonunda ötən gün və ondan öncəki gün ərzində yanğın hadisəsi baş verməyib. Dünən gecə havadakı mövcud vəziyyətin poliqon ərazisi ilə əlaqəsi yoxdur. Dünən gecə saatlarında da əraziyə baxış keçirilib və məlum olub ki, poliqon ərazisində tüstülənmə olmayıb”.

O, həmçinin vurğulayıb ki, poliqon ərazisi daim Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır:

"Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının bununla bağlı sərəncamı var və işçi qrup yaradılıb. Ərazidə yanğın hallarının olmaması üçün mütəmadi olaraq torpaqlama və digər qabaqlayıcı tədbirlər görülür.

Sumqayıt şəhərində məişət tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində müasir standartlara cavab verən sistemin yaradılması, yeni texnologiyalara əsaslanan zavodun tikilməsi ilə bağlı ilkin layihələndirmə işləri həyata keçirilib. Müvafiq dövlət qurumlarına təqdim olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir”. /modern.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər