Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Ən çox oxunanlar
Sorğu

Kərəm Həsənov həbs oluna bilər - BÜDCƏ TALANÇILIĞINA GÖRƏ

Baxılıb: 4725     Tarix: 10-04-2016 19:28   
Əmlak Komitəsinin sədri qeyri-qanuni əməllərlə məşğuldur
Kərəm Həsənov həbs oluna bilər
Sumqayitfakt.az

Mətbuatda haqqında ən çox yazılan məmurlardan biri də Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovdur. Ölkədə dərc olunan qəzetlərin son saylarında K.Həsənovla bağlı kifayət qədər ilginc materiallar əksini tapıb. “Bizim yol” qəzeti yazır ki, K.Həsənovdan şikayətlənənlər parlamentin qarşısında aksiya keçirəcək. Bir qrup Cəlilabad sakini qəzetə bildirib ki, keçirəcəkləri etiraz aksiyasına səbəb rayonun qeyri-rəsmi sahibi olan ƏMDK sədrinə “yox” deməkdir.
“Sakinlər bildiriblər ki, aksiyaya komitə sədrinin özünün və yaxınlarının indiyədək Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) maddəsi ilə həbs etdirdiyi şəxslərin yaxınları qoşulacaq. Onların parlamentə üz tutmalarının bir səbəbi də Cəlilabaddan seçilən deputatın Kərəm Həsənovun qardaşı Malik Həsənovun olmasıdır. Hüquqlarını müdafiə etmək üçün instansiya tapmayan cəlilabadlılar həm də parlament rəhbərliyinə müraciət etmək niyyətindədirlər”.
Qəzet yazır ki, son iki ildə Cəlilabadda onlarla vətəndaş qanunsuz olaraq həbs edilib.
Onlar arasında qadınlar da var: “Maraqlıdır ki, komitə sədrinin qəzəbinə tuş gələnlərin əksəriyyəti Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunub. Ən sonuncu həbs edilən isə rayonun tanınmış ağsaqqalı Mahmudağa Miriyev olub. Xatırladaq ki, 65 yaşlı M.Miriyev özündə yaşca xeyli kiçik olan bir şəxsə qarşı xuliqanlıq törətməkdə ittiham olunur”.
K.Həsənovla bağlı digər yazı “Gündəm xəbər” qəzetində dərc edilib. Yazıda komitə sədrinin dövlət çevrilişinə cəhd və korrupsiyada ittiham olunaraq həbs edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə əlaqələrinin olduğu bildirilir: “Hazırda məhbəs həyatı yaşayan Fərhad Əliyevlə Kərəm Həsənovun bu gün də əlaqələri var. Hər iki şəxsin bir-birinə düşmən olması barədə informasiya isə onların öz istəyi ilə mətbuata sızdırılıb”. Qəzet cənub bölgəsindən olan mənbəsinə istinadən iddia edir ki, hələ nazir olarkən sıxışdırılan Fərhad Əliyev yığdığı varidatın təhlükəsizliyini təmin etmək məqsədi ilə Kərəm Həsənovun ona qarşı olması görüntüsünü yaradıb. Bunun ardında isə həbs ediləcəyi təqdirdə var-dövlətinin bir hissəsinin komitə sədrinə keçməsi planı durub. Qəzet planın uğurlu alındığını, F.Əliyevin həbsindən sonra mülklərinin böyük hissəsinin K.Həsənova keçdiyini yazır: “Mənbəmizin sözlərinə görə, F.Əliyevlə K.Həsənov arasında əlaqə indi də davam edir. Sabiq nazirin K.Həsənovun adına bağlı xaricdəki biznesinin başında isə onun yaxın adamlarından olan Daşqın adlı şəxs durur”. Yazıda daha sonra bildirilir ki, məlum hadisələr zamanı ölkəni tərk etməyə müvəffəq olan Daşqınla K.Həsənov Birləşmiş Ərəb Əmirliklərində və digər xarici ölkələrdə tez-tez gizlincə görüşür.
Qəzetin yazdığı daha bir məqam ondan ibarətdir ki, tərəflərin uzun müddət gizlin qalmasına müvəffəq olduğu bu əlaqə artıq ölkə başçısına məlumdur: “...Bir müddət öncə K.Həsənovla F.Əliyevin ortaq biznesinin üstü açılıb və bu barədə yuxarı səviyyələrdə də xəbər tutublar. Bu xəbərlə yanaşı, komitə sədrinin daha bir maliyyə maxinasiyasının, daha doğrusu, ”obşıy katyol"dan pul gizlətməsinin də üstü açılıb. Belə ki, K.Həsənov ona aid olan “Bakı Poladtökmə” zavodunun gəlirlərindən 200 milyon manatı ümumi hesabatdan gizli saxlayıb. Bunun da cəzası olaraq zavod K.Həsənovun əlindən alınıb".

Qeyd edək ki, bu yazılanlar K.Həsənovun qaranlıq əməlləri haqda ilk məlumatlar deyil. Bu tip xəbərlər mətbuatda tez-tez dərc edilib. Diqqət çəkən isə odur ki, barəsində bu qədər yazılan, adı qeyri-qanuni əməllərdə hallanan digər bir çox məmurlar kimi K.Həsənov da toxunulmazmış kimi öz əməllərində davam edir. Halbuki müvafiq qanunvericilikdə bu və digər dövlət qulluqçusu haqda mətbuatda dərc edilən yazılar onlar haqda araşdırma aparılmasına əsas ola bilər. Hüquqşünas Fuad Ağayevin sözlərinə görə, dövlət qulluqçusunun cinayət əlamətləri olan hərəkətlər törətməsi barədə məlumat mətbuatda əksini tapıbsa, həmin məlumat hüquq-mühafizə orqanları tərəfindən yoxlana bilər: “Cinayət qanunvericiliyinə əsasən, həmin məlumatlar cinayət işinin başlanması üçün kifayət qədər əsasın olub-olmamasının müəyyən edilməsi üçün vasitədir”. 7news.az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər