Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

"Avtoşluq" edən taksi jurnalist olduğunu deyib cəzadan yaxa qurtarmaq istədi - VİDEO

Baxılıb: 4162     Tarix: 06-06-2021 10:32   
"Avtoşluq" edən taksi jurnalist olduğunu deyib cəzadan yaxa qurtarmaq istədi - VİDEO

Bakıda müxtəlif üsullarla qayda pozan sürücü yol polisləri tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub. Belə ki, iyunun 5-i gecə saatlarında paytaxtın Səməd Vurğun, Həzi Aslanov küçələrinin kəşisməsində arxa qeydiyyat nişanı olmadan və qarşı tərəfi qaldırılmış vəziyyətdə hərəkət edən 99-OS-084 qeydiyyat nişanlı "Tofaş" markalı avtomobilin sürücüsü yol polisləri tərəfindən saxlanılıb. Sürücü saxlanılarkən avtomobildə başqa qayda pozuntuları da aşkar edilib.

Sumqayitfakt.Az-ın xəbərinə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov avtosfer.az-a açıqlamasında bildirib ki, yol polisi əməkdaşları tərəfindən saxlanılan zaman avtomobilin ön tərəfində sayrışan işıqların olması da aşkar edilib:

"Sözsüz ki, qanunvericiliyin tələblərinə uyğun şəkildə sürücü barəsində tədbir görülüb. Yəni nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılıb və mühafizə olunan duracağa yerləşdirilib, həmçinin sürücü barəsində protokol tərtib olunub. Təbii ki, sürücünün həmin yerdə açıq-aşkar şou göstərməsi başadüşüləndir. Onu da demək kifayətdir ki, sürücü tərəfindən ödənilməyən beş cərimənin də olması müəyyənləşdirilib. Sükan arxasında olan sürücü Rauf Sultanov özünə bəraət qazandırmaq üçün istifadəsində olan telefonla lüzumsuz çəkiliş apararaq Facebook səhifəsində canlı paylaşım edib və elə burada yol polisinin ünvanına xoşagəlməz ifadələr işlədib. O, törətdiyi əməli ört-basdır etmək, məsuliyyətdən yayınmaq üçün I qrup əlil və media işçisi olduğunu bildirib və digər fikirləri ortaya atmaqla insanların diqqətini cəlb etməyə çalışıb. Rauf Sultanov məsuliyyətdən yaxa qurtarmaq istəsə də, yol polisi əməkdaşları həmin avtomobili cərimə meydançasına yerləşdiriblər. Müayinə zamanı avtomobilin dövlət nömrə nişanlarından birinin, şüşə silgəclərinin yerində olmadığı aşkarlanıb".

Vaqif Əsədov bildirir ki, sürücü qanunvericiliyin tələblərinə uyğun şəkildə məsuliyyətə cəlb edilib və hal-hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər