Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Türkiyə Azərbaycanın 3 şəhərində hərbi baza qurur - MEDİA DETALLARI AÇIQLADI

Baxılıb: 472     Tarix: 08-01-2021 20:27   
Türkiyə Azərbaycanın 3 şəhərində hərbi baza qurur - MEDİA DETALLARI AÇIQLADI

Türkiyə Azərbaycanın 3 şəhərində hərbi baza qurur

Bu haqda Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, Azərbaycan Suriya, Qətər, İraq, Sudan, Şimali Kipr Türk Respublikası kimi ölkələrdən sonra Türkiyə hərbi bazalarının yerləşdirildiyi növbəti ölkə ola bilər.

Suriya:
Bu ölkədə keçirilən antiterror əməliyyatlarından sonra Suriyanın şimalında minlərlə türk hərbçisinin olduğu ehtimal olunur. Onlar qaçqın problemi, terror təşkilatlarının hücumlarının qarşını almaq kimi missiyaları icra edirlər.

İraq:
PKK-ya qarşı aparılan antiterror əməliyyatları çərçivəsində bu ölkənin müxtəlif şəhərlərində Türkiyə hərbi hissələrinin olduğu bildirilir.

Somali:
Türkiyə ordusu burada iki vəzifəni yerinə yetirir. 2017-ci ildə paytaxt Moqadişuda açılan Somali Türk Qüvvələri Komandanlığı Somali ordusu üçün zabit kadrları yetişdirir. İkinci fəaliyyət ərazisi isə Ədən körfəzi, Somalinin sahil suları, Ərəb dənizi və ətraf akvatoriyadır. Türkiyə hərbçiləri Türkiyə ticarət gəmilərini dəniz qulduru hücumlarından və soyğunçuluqdan qoruyurlar.

Livan:
Türkiyə əsgəri BMT Müvəqqəti Missiyası (UNIFIL) nəzdində vəzifəsini yerinə yetirir. 10 ildən çoxdur ki, Türkiyə UNIFIL-i dəstəkləyir. Bu ölkədəki türk əsgərlərinin sayı 100 nəfərə yaxındır.

Qətər:
2017-ci ildən bəri Türkiyənin bu ölkədə daimi hərbi bazası fəaliyyət göstərir.

Bosniya-Herseqovina:
Türkiyə hərbçiləri Bosniya və Herseqovinadakı Beynəlxalq Sülh Qüvvələri nəzdində sülh və sabitliyi təmin etmək üçün fəaliyyət göstərir.

Əfqanıstan:
Türkiyə ordusu 11 sentyabr terror aktı ilə bağlı Əfqanıstanda keçirilən hərbi əməliyyatlardan sonra NATO missiyası çərçivəsində bu ölkədə fəaliyyət göstərir. Əfqan ordusunun hazırlanmasına və ölkədə təhlükəsizliyin təmin edilməsinə dəstək verir. Əfqanıstandakı türk hərbçilərinin sayı təxminən 2 min nəfərdir.

Albaniya:
1997-ci ildə Adriatik dənizi sahilində yerləşən Avlonya şəhərində yerləşən hərbi bazada 20 hərbçi olmaqla 250 nəfərədək personal xidmət göstərir. Şimali Kipr: Kiprdəki türk hərbçilərinin sayının 40 min olduğu təxmin edilir. Kiprdəki Türkiyə hərbi varlığı birbaşa Baş Qərargahın nəzdində olan daimi hərbi hissə statusuna malikdir.

Sudan:
Prezident Ərdoğanın 2017-ci ildə bu ölkəyə səfərindən sonra Sevakin adasında hərbi baza üçün 99 il müddətinə verilən yer təsis edildi.

Mərkəzi Afrika Respublikası:
Türkiyə hərbçiləri bu ölkədə BMT nəzdində Çoxtərəfli İnteqrasiya və Stabillik missiyasında fəaliyyət göstərir.

Mali:
Türkiyə hərbçiləri bu ölkədə də Çoxtərəfli İnteqrasiya və Stabillik (MINUSMA) missiyasında fəaliyyət göstərir. (virtualaz.org)

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər