Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

"İmzalanmış bəyanat Azərbaycanın qalibiyyətinin, Ermənistanın isə məğlubiyyətinin təsdiqidir" - Müşfiq Məmmədli

Baxılıb: 3122     Tarix: 15-11-2020 14:15   
"İmzalanmış bəyanat Azərbaycanın qalibiyyətinin, Ermənistanın isə məğlubiyyətinin təsdiqidir" - Müşfiq Məmmədli


Sentyabrın 27-də şanlı Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başlatdığı əks-hücum hərəkatı ilə davam edən 44 günlük Vətən müharibəsi xalqımızın tarixinə qızıl hərflərlə yazılmaqla yanaşı, regionda bütün geosiyasi şərtləri də tamamilə dəyişdirmişdir.

Ermənistanın kapitulyasiyası ilə nəticələnən müharibədə Azərbaycan yeni reallıqlar yaratmışdır və bundan sonra bölgədə cərəyan edən proseslərin hansı məcraya yönəlməsi hər kəsi düşündürür.

Sumqayitfakt.Az bu və digər məsələlərlə bağlı Milli Məclisin üzvü Müşfiq Məmmədlinin fikirlərini öyrənib.

Millət vəkili qeyd etdi ki, hər şeydən əvvəl onu vurğulamaq lazımdır ki, qəhrəman Azərbaycan Əsgəri 30 ildən bəri xalqımız haqqında formalaşmış ədalətsiz yanaşmaları alt-üst etmişdir. Azərbaycan xalqı qəhrəmanlığı, əzmkarlığı, milli ləyaqəti və birliyi ilə dünyaya yenidən səs salmağı bacarmışdır:

"26 il davam edən atəşkəs dövründə ATƏT-in Minsk qrupu vasitəsilə Azərbaycanla Ermənistan arasında aparılan danışıqların vaxt itkisi olduğu ortaya çıxdı. Beynəlxalq vasitəçilər işğala məruz qalan ölkə ilə işğalçı ölkə arasında fərq qoymadan prosesi mənasız yerə uzadaraq əslində təcavüzkar Ermənistanın mövqeyinin möhkəmlənməsinə xidmət edirdilər. Bu baxımdan onların münaqişənin yalnız danışıqlar yolu ilə həll edilməsində israrlı olmaları, onun hərbi həllinin olmaması barədə irəli sürdükləri tezislər də bu məqsədə hesablanmışdı. Lakin 2016-cı ildə baş verən dördgünlük Aprel savaşı göstərdi ki, münaqişə heç də bəzilərinin dediyi kimi, donmuş vəziyətdə deyil və hərbi əməliyyatlar hər an başlaya bilər.

Burada Azərbaycan Prezidenti İlham Əliyevin münaqişənin həlli istiqamətində apardığı gərgin işləri, qətiyyətli mövqeyini də ayrıca vurğulamaq vacibdir. Azərbaycan rəhbərinin danışıqların substansiv istiqamətə yönəlməsi ilə bağlı israrlı mövqeyi Ermənistanın əslində danışıqları imitasiya etdiyini üzə çıxardı və prosesin nəhayət sonlandırılmasının zəruriliyini ortaya qoydu.
Nəhayət sentyabrın 27-də Ermənistanın təxribatı ilə başlayan müharibə Azərbaycanın tam qələbəsi ilə başa şatdı. Azərbaycan Ordusunun qarşısında əzilən işğalçı erməni qüvvələri qısa müddətdə darmadağın edildi. Ermənistan rəhbərliyi tamamilə məhv olmaq qorxusu qarşısında təslim olmağa və kapitulyasiya bəyanatını imzalamağa məcbur oldu."

Millət vəkili vurğuladı ki, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı sənəd tamamilə ölkəmizin üstün şərtlərini ehtiva edir, Ermənistanın isə məğlubiyyətinin təsdiqidir:
"Sənədə əsasən, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş bütün əraziləri geri qaytarılır, təcavüzkar silahlı birləşmələr müəyyən edilmiş qrafik üzrə əraziləri tərk edir. Bəyanatın şərtlərindən görünür ki, 26 illik atəşkəs dövründə hətta Azərbaycanın razı ola biləcəyi bəzi güzəştlər də aradan qalxdı. Belə ki, ermənilərin tələb etdiyi xüsusi status tarixə gömüldü. Artıq Dağlıq Qarabağda heç bir statusdan söhbət gedə bilməz. Azərbaycanda vətəndaş olaraq yaşamaq istəyən erməni mənşəli sakinlər də digər bölgələrimizdəki vətəndaşlarımız kimi Azərbaycanın qanunları çərçivəsində yaşayacaqlar.

Bəzi şəxslər münaqişə bölgəsində Rusiya sülhməramlılarının yerləşməsini ziddiyyətli mülahizələrlə şərh etməyə şalışırlar. Ancaq unutmaq lazım deyil ki, Azərbaycan 30 illik müstəqillik tarixinə malik olan və 1990-cı illərdəkindən xeyli fərqli, güclü bir dövlətdir. Razılaşmada Rusiya sülhməramlılarının bölgədə beş il qalması nəzərdə tutulur və bizim istəyimizlə istənilən anda Azərbaycan ərazisindən çıxarıla bilər. Digər tərəfdən burada çox mühüm bir faktı – Türkiyə amilini xüsusi qeyd etmək lazımdır.Ən böyük amil isə ölkə prezidentinin mövqeyi və qətiyyətidir.

Qardaş Türkiyə hər zaman münaqişədə Azərbaycanın haqlı mövqeyini açıq şəkildə müdafiə edirdi. Lakin II Qarabağ savaşında bu dəstək ən yüksək səviyyədə oldu və hazırda da davam edir. Qardaş ölkənin əsgəri də münaqişə bölgəsində sülhməramlı missiyanı yerinə yetirəcək və bu, bizim üçün ən etibarlı qarantiya rolunu oynayır.
Ona görə də hesab edirəm ki, 44 günlük müharibədən Azərbaycan tam qalibiyyətlə çıxmış və ərazi bütövlüyünü tam təmin etmişdir. Üstəlik Zəngilandan Naxçıvana yolların və kommunikasiyaların bərpa olunmasının qəbul etdirilməsinə nail olmağımız isə tarixi hadisədir. Bu, təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün böyük tarixi nailiyyətdir.

Qəhrəman Azərbaycan Ordusu ermənilərin “Dənizdən dənizə Böyük Ermənistan” xülyasını da alt-üst elədi və tarixə gömdü. Cənab Prezidentin dediyi kimi, Qarabağ Azərbaycandır!"

Sevinc Qərib

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər