Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Şair Şərbətəli Mahmudov vəfat edib

Baxılıb: 2235     Tarix: 13-11-2020 22:14   
Şair Şərbətəli  Mahmudov vəfat edib


Şabran ədəbi mühitinə və Şabrah təhsilinə ağır itki üz vermişdir. Şair-publisist, ömrünün 51 ilini şərəfli müəllimlik peşəsinə həsr etmiş, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Sumqayıt ədəbi mühitinin yaxın dostu Şərbətəli Qardaşəli oğlu Mahmudov (Şərbət Əli Ümrə) ömrünün 80-ci ilində dünyasını dəyişmişdir.
Şərbətəli Qardaşəli oğlu Mahmudov 1940-cı ildə Dəvəçi rayonunun Çaraq kəndində anadan olub. 1959-cu ildə Şamaxı Pedaqoji texnikumunu bitirərək, Dəvəçi rayonunun Ağbaş kəndində müəllimlik fəaliyyətinə başlayıb. 1963-1969-cu illər ərzində Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil almış, institutu Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir.
Şərbətəli Mahmudov 2011-ci ilə qədər – yarım əsrdən artıq bir dövr ərzində Dəvəçi rayonunun Ağbaş kəndində müəllim kimi fəaliyyət göstərmiş, rayonun sayılıb-seçilən müəllimlərindən biri olmuşdur. Bu illər ərzində paralel olaraq rayonda nəşr olunan “Qurucu”, sonradan “Şabran” qəzetlərində bir-birindən maraqlı məqalələri ilə çıxış etmiş, həmçinin bir sıra mətbu orqanlarla əməkdaşlıq etərək, bir-birindən dəyərli publisistik və təhsillə bağlı elmi yazıları ilə oxucuların rəğbətini qazanmışdır.
“Möhtəşəm Azərbaycan” qəzetinin şöbə müdiri, eyni zamanda Şabran rayonu üzrə xüsusi müxbiri kimi fıaliyyət göstərmişdir.
Bədii, elmi və publisistik yaradıcılıqla məşğul olan Şərbətəli Mahmudovun, “Yoldayam”, (“Mütərcim”, 2017), “Ömrün qürub çağı” (“Azəri”, 2018) və elmi araşdırmalarının məhsulu olan “Sənətinin Koroğlusu (Bığ aşıq)” (“Azəri”, 2018), "Hər çiçəkdən bir ləçək" (2019), "Ömrün səksəninci baharı" (2020) kitabları nəşr olunaraq oxucuların ixtiyarına verilmişdir.

Şərbətəli müəllim Mahmudovun dünyasını dəyişməsi ilə əlaqədar AJB Sumqayıt şəhər təşkilatının qeydiyyatında olan bütün üzvləri adından mərhumun ailəsinə, yaxınlarına, doğmalarına kədərləndiyimizi bildirir və dərin hüznlə başsağlığı veririk.
Şərbətəli müəllim Mahmudovun əziz xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!
Ruhuna dərin ehtiramla,
Rafiq Oday, Əşrəf Veysəlli, Eyruz Məmmədov, Rəhman Orxan, Hacı Cəfər Həkim, Zümrüd Baloğlanova, Namiq Dəlidağlı, Əli Nəcəfxanlı, Ibrahim Ilyaslı, Asif Asiman, Sübhan Quliyev, Firdovsi Cəfərxan, Avtandil Ağbaba, Fuad İslamoğlu, Ucal İldırım, Mədaxil Cavadlı, Ağalar İdrisoğlu, Vüqar İltifatoğlu, Elman Telmanoğlu Sübhan Arifoğlu, Əli Rafiq, Şəfa Əliyev, İldırım Dəmirli, Rəfail Laçınlı, Natiq İsmayıloğlu, Ətrabə Rzayeva, Çinarə Vaqif, Suliko Daqarquliya Rahilə Veysəlli, Alı Səfolu, Aida Eyvazlı, Mərcan Sabirqızı, Ruhiyyə Bahar, Aygün Hacıyeva, İlhamə Məhəmmədqızı, Lilpar Cəmşidqızı, Rəna Təbəssüm, Səidə Qardaşxanlı, Sevinc Qərib, Rahilə Hüseynova, Kəmalə Pirəsədli, Akif Həsənov, Qafqaz Əvəzoğlu, Eldar Xanlaroğlu, İbrahim Abdullayev, Nizami Kolanılı, Elcan Oruclu, Fərhad Nəhmətoğlu, Asif Hüseynoğlu, Namiq Məmmədli, Ağasəf Əhmədov, Qorxmaz Türk İsrafiloğlu, İlqar Həbibi, Ələddin Əmirli, Rasim Zamanov, Kamran Murquzov, Kənan Aydınoğlu, Niyaz Allahverdiyev, Polad Sabirli.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər