Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Namiq Dəlidağlı deputatdan təzminat istəyir

Baxılıb: 2196     Tarix: 13-11-2020 18:20   
Namiq Dəlidağlı deputatdan təzminat istəyir


Xəbər verdiyimiz kimi Milli Məclisin deputatı Könül Nurullayeva Türkiyə telekanallarından birinə Ermənistanın ölkəmizə vurduğu ziyana görə təzminat ödəməsi ilə bağlı açıqlama verib. Açıqlamada xanım deputat Ermənistanın iqtisadi vəziyyətinin pis olduğunu və buna görə də işğalçı dövlətin Azərbaycana təzminat ödəməyinin önəm daşımadığını bildirib.

Bu da haqlı olaraq cəmiyyətdə qınağa və kəskin etirazlara səbəb olub.

Sumqayitfakt.Az xəbər verir ki, əslən Kəlbəcərdən olan tanınmış şair, jurnalist Namiq Dəlidağlı da deputat Könül Nurullayevanın "ermənilərin imkanı yoxdu ki təzminat ödəsin" fikrinə kəskin reaksiya verib. Kəlbəcər sakini deputatın bu fikrini ermənilərə qahmar çıxmaq kimi dəyərləndirərək, söylədiklərinin ağırlığını və məsuliyyətini dərk etmədiyini bildirib:
"Yağı düşmən işğal etdiyi ərazilərimizdə daşı-daş üstündə qoymayıb. Qarşısına vandalizm niyyətini qoyan düşmən, evlərimizin "qara daşı"nı belə daşıyıb aparıb. Hələ işğal zamanı tək canını xilas etmək məcburiyyətində qalan Kəlbəcər əhalisi yeganə çıxış yolu qarlı Murov aşırımları ilə "topdağıtmaz" mülkünü, hətta zinət əşyalarını belə çıxara bilmədi. O cümlədən də bizim ailə. Deputat onu nəzərə almalıdır ki, özünü yazıq, məzlum obrazında təqdim edən düşmən 44 günlük müharibədə başımıza müasir silahlardan od ələyirdi. İllərdi milyonlarla xərc çəkib torpaqlarımızda istehkamlar, qalalar qurub. Və dinc əhalimiziə qarşı qəddarlıq etdi. Bunu görməmək və bu məsələdə ermənilərə qarşı güzəştdən dəm vurmaq yolverilmızdi..."
Uzun müddətdi müxtəlif yerlərdə kirayələrdə qalan şair, deputat olaraq maddi sıxıntısı olmayan xanımdan bu vaxta kimi ödədiyi kirayə pulunu istəyir:
"27 ildən artıqdır ki, kirayədə qalıram. Təxmini hesablamalara görə bu da 100 000 (yüz min) manat civarında maliyyə vəsaiti edir. Ermənilərə maddi güzəştdən dəm vuran deputatdan mənə dəyən maddi ziyanı ödəməsini tələb edirəm".

Sevinc Qərib
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər