Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu

Türkiyəli jurnalist:"Ermənilərin Gəncədə törətdikləri alçaqlıqdan da betər bir hərəkətdi" -ŞƏKİLLƏR

Baxılıb: 2158     Tarix: 29-10-2020 13:51   
Türkiyəli jurnalist:"Ermənilərin Gəncədə törətdikləri alçaqlıqdan da betər bir hərəkətdi"

Dövlət səviyyəsində terroru dəstəkləyən Ermənistan 30 ildir ki, havadarlarına arxanalaraq ərazilərimizi işğalda saxlayır. Mənfur düşmənin əsassız torpaq iddiası, ağlasığmaz düşmənçilik hərəkətləri, nəticədə 20% torpaqlarımızın işğal altına alınması (şükürlər olsun ki, müzəffər ordumuzun gücü, rəşadəti sayəsində artıq bir qisim torpaqlarımız işğaldan azad olunub) dünyanın ədalət tərəzisinin necə işlədiyini də göstərdi bizə. Eləcə də kimin kim olduğunu, daha doğrusu, kimin dost, kimin düşmən olduğunu anlamaq üçün yetərincə vaxtımız oldu...


Dost ölkə olaraq Türkiyənin mənəvi dəstəyini həmişə hiss etmişik. Haqlı davamızda Türkiyənin yanımızda olması danılmazdı, bu həm də qardaşlıq diqqətidi. Ermənistanın dövlət səviyyəsində terror aktları törətməsi, bunu dəstəkləməsi artıq dünyaya bəllidi. Vandalların müharibə qaydalarını pozaraq, dinc əhaliyə qarşı törətdiyi vəhşilik, terrorçuluq, insanlığa sığmayan soyqırım cinayətləri təəssüf ki, insan təlafatı və dağıntılarla nəticələnir. Baş verənlər yerli mətbuatla yanaşı, xarici mətbuatda, əsasən də Türkiyə mətbuatında qədərincə işıqlandırılır. Bu günlərdə Türkiyədən gələn bir qrup media nümayəndəsi erməni terrorçuları tərəfindən törədilən vəhşiliyi görmək üçün Gəncə şəhərində oldu. Onların arasında "Takvim" qəzetinin köşə yazarı Ekrem Kızıltaş da vardı. Həmkarımızın fikirlərini öyrəndik:


- Əkrəm bey, Türkiyə bu haqlı davamızda yanımızda oldu, bizə mənəvi dəstəyini əsirgəmədi. Bu mənada mətbuatın xidməti danılmazdı. Cəbhə bölgəsində gedən döyüşlər və ermeni terroru haqqında məlumatlara kifayət qədər mətbuat səhifələrində yer verildi. Bu gün Türkiyə mətbuatı Azərbaycan gerçəkliyini həm də dünyaya çatdırmaqda əlindən gələni edir. Erməni terrorçularının Gəncədə törətdiklərini gözlərinizlə gördünüz. Bu barədə fikirlərinizi bilmək istərdim.

-Bu cür hücumları, dağıntıları televiziyadan izləmək, qəzetdən oxumaq, bu barədə radiodan eşitmək bir başqa, yaşanan vəhşəti yerində görmək isə tamam fərqli bir mənzərədir. Bunları görəndə tüklərim biz-biz oldu. Bir vaxtlar burada yüzlərlə insan xoşbəxt yaşayırdı. Bir düymə basılmaqla neçə-neçə insan həyatını itirir, yaralanır, həyatları alt-üst olur. Bunların arasında körpələr, məktəbə gedən uşaqlar da vardı. Birdən hər şey darmadağın olur. Müharibə qanunlarına görə dinc əhaliyə, uşaqlara, qadınlara toxunulmamalıdı. Ermənistanın bu hərəkəti alçaqlıq, alçaqlıqdan da ötə bir addımdır. Demək olar ki, Türkiyə Azərbaycanın haqlı davasında həmişə onun yanındadır. Deyildiyi kimi biz bir millət, iki dövlətik. Bir sözlə, Türkiyə hər sahədə azərbaycanlı qardaşlarına kömək etməyə hazırdı. Siz də dediyiniz kimi Türkiyə mediyası Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında fəallıq göstərir. İnanıram ki, Azərbaycan Dağlıq Qarabağda öz ərazilərini tez bir zamanda işğaldan azad edəcək.
Ermənilər işğal etdiyi ərazidə neçə illər ərzində heç bir iş görməyiblər, sadəcə bu ərazini əllərində saxlamağa çalışıblar. Demək, bir gün bu yerlərin əsl sahibinə qaytarılacağını bilirlərmiş. O gün inşallah gəlmişdir. Azərbaycanın tezliklə qələbə çalacağına inanıram.

Qeyd edək ki, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 69 mülki şəxs həlak olub, 310 nəfər yaralanıb.

Namiq Dəlidağlı
Şəkillər Kənan Məmmədlinindi




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər