Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu

Sən batdın, Tovmasyan...Qondarma "parlament sədri"ndən görünməmiş hiylə

Baxılıb: 2125     Tarix: 02-10-2020 16:43   
Qondarma "Arsax Parlamentinin sədri" Azərbaycanın yerli xalqlarının nümayəndələrini "Arsxa" qarşı müharibədə iştirak etməməyə çağırır

Sən batdın, Tovmasyan...Qondarma "parlament sədri"ndən görünməmiş hiylə

Bütün dövrlərdə erməni hiyləsi, bicliyi, məkri özünü hər sahədə göstərib. Saxtakarlıq, nadanlıq erməni toplumunun əyninə biçilib, həyat amalına çevrilib.
Bu gün döyüş meydanında uduzan, çətin durunma düşən düşmən, hər cür hiyləyə əl atır. Bizi öz əlimizlə "vurmağa", xəyanətə çağırır. Ancaq işğalçı ölkənin uğursuz "siyasətçisi" bu gedişinin, oyununun baş tutmayacağını mütləq bilməlidir. Mən burdan Tovmasyana müraciət edirəm: Kağız-kuğuzunu, zir-zibilini, ətrafındakı yaramazları götürüb rədd ol, Qarabağdan. 30 ildir ki, dilbər guşəmizin havasını uddun, suyunu içdin, çörəyini yedin. Burnundan gəlsin. Ya da ağ bayraq qaldırıb bizə təslim ol. Qarabağ bizimdir. Bu barədə təcili düşün, vaxt daralır...


Qondarma "Arsaxın milli məclisinin sədri" Artur Tovmasyan Qarabağda yaşayan azərbaycanlıları orduya getməməyə, "Artsax xalqına" qarşı döyüşməməyə, hətta, Azərbaycan ərazisini tərk etməyə çağırır.
Artur Toovmasyan utanmadan qeyd edir ki, “yerli Azərbaycan xalqının (Q Artur Qarabağda yaşayan vətəndaşlarımızı nəzərdə tutur.red.) heç biri bu müharibədən heç nə qazanmayacaq, sizin Arsax erməniləri ilə bölüşəcək bir şeyiniz yoxdur, maraqlarımız bir-birinə zidd deyil. Artsax erməniləri hər zaman sizə hörmətlə yanaşdılar və son onilliklər ərzində aramızdakı min illik tarixə sahib olan ünsiyyətə və dostluğa mane olan Bakı rəhbərliyi idi."
Göründüyü kimi, quyruğu qapı arasında qalan tülkü, hər cür hiyləyə əl atır. Özünü humanist, insanpərvər biri kimi bizə sırımaq istəyir.

"Arsaxa qarşı bu təcavüzdə Azərbaycan ordusunun tərkibində iştirak etdiyinizə baxmayaraq, "Arsax xalqı"(?) sıralarınızdakı hər ölən və yaralı üçün dərin ağrı hiss edir, çünki sizinlə birlikdə bu bölgədə min illik tarixə sahib olan ən mühüm etnik, mədəni və tarixi təbəqə yoxa çıxır,"- deyə Artur Tovmasyan utanmadan fikirlərini davam etdirir".
"Azərbaycanı tərk edən və Arsaxa qarşı təcavüzdə iştirak etmək istəməyənlərə digər ölkələrdəki erməni diasporunun müvafiq strukturları tərəfindən müvafiq yardım göstəriləcəkdir."
Şrnikdirici hiyləyə əl atan Tovmasyan, xarici diasporadan asılı olduqlarını, açıq şəkildə diləndiklərini dolayısı ilə dilə gətirir. Qondarma "respublikanın saxta parlament sədri" bir az da qabağa gedərək, cəbhə bölgəsində yaşayan vətəndaşlarımıza həyasızcasına "müraciət edir."

"Cəbhə xəttində görünsəniz, aktiv döyüşlərdə iştirak etməməyə çalışın və mümkünsə "Arsax Silahlı Qüvvələrinin"(?) nümayəndələrinə təslim olmağa çalışın. Təslim olmaq istəyənlər sərhəddən keçərkən silahlı olmadıqlarını başlarına ağ bayraq və ya ağ paltar asaraq (görünmək üçün) göstərməlidirlər", - deyə, Tovmasyan sərsəmləyir.

"Parlament sədri"nin bu "humanist müraciəti"nin nəyə hesablandığı hər birimizə aydındı. Bu həm də dəryada batanın saman çöpünə əl atmasıdır. Sən batdın, Tovmasyan...

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər