Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu

Müşfiq Məmmədli: "Hər bir halda yumşalmalar risklərə də yol açır"

Baxılıb: 3197     Tarix: 17-09-2020 13:25   

Ekspertlər hesab edirlər ki, vətəndaşlar yumşalmaları pandemiyanın bitməsi kimi qəbul etməməlidirlər


Müşfiq Məmmədli: "Hər bir halda yumşalmalar risklərə də yol açır"
Payızda dünya miqyasında koronavirus pandemiyasının yenidən aktivləşəcəyi barədə səslənən proqnozlar artıq təsdiqlənməkdədir.

Belə ki, hətta yoluxmanın az olduğu ölkələrdə belə statistik rəqəmlər artır və bu da həmin dövlətlərin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində yeni sərt tədbirlər görməsinə yol açır. Məsələn, Gürcüstanda pandemiyanın “ikinci dalğası” elan olunub. İsraildə COVİD-19-a yoluxmada rekord rəqəmlər qeydə alınmaqdadır. Avstriyada isə pandemiyanın ikinci dalğasının başladığını rəsmən bəyan edilib. Bundan əlavə Türkiyə, Rusiya və digər ölkələrdə yoluxma hallarının artması yeni məhdudiyyətlərin tətbiqini qaçılmaz edib.
Bu məqamları nəzərə alan bir sıra tibbi ekspertlər bildirirlər ki, ölkəmizdə də Nazirlər Kabinetinin yenidən bir sıra yumşalmalarla bağlı verdiyi qərar arxayınlıq yaratmamalıdır. Vətəndaşlar sanitar-gigiyenik qaydalara daha çox riayət etməlidir. Əks halda, payız-qış mövsümündə respirator xəstəliklərlə paralel olaraq COVID-19-a yoluxmanın sayında yenidən artım yarana bilər.
Öz növbəsində Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, ölkəmizdə COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində aparılan uğurlu fəaliyyət karantin qaydalarının yumşalması ilə bağlı addımların atılmasına yol açıb. Onun sözlərinə görə, bir sıra sərt qadağaların yumşaldılması istiqamətində addımlar atılsa da, Operativ Qərargah tərəfindən hazırlanan təlimatlara riayət olunması mütləq şərtdir: “Təbii ki, hər bir halda yumşalmalar risklərə də yol açır. Məlum olduğu kimi, digər ölkələrdə artıq ikinci dalğa özünü büruzə verir. Azərbaycanda da bu halın yaşanması mümkündür. Bu baxımdan, sosial məsafənin qorunması, gigiyenik qaydalara əməl etmə və tibbi qoruyucu vasitələrdən istifadə qaydalarına ciddi əməl olunmalıdır. Koronavirusun daha geniş yayılmamasının qarşısının alınması istiqamətində dövlətin müvafiq strukturlarının fəaliyyəti ilə yanaşı, vətəndaş məsuliyyəti də olduqca mühüm əhəmiyyət kəsb edir. Tibbi ekspertlər statistik məlumatların təhlili əsasında dünya üzrə daha riskli halın oktyabrın ortaları ilə noyabrın ortaları arasında müşahidə ediləcəyini bildirirlər. Bu mənada, insanlar qaydalara riayət etməklə həm özlərini, həm də yaxınlarını maksimum şəkildə infeksiyadan qorumuş olarlar”.(Yeni Azərbaycan)

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər