Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

8103 SMS icazə sistemi ilə bağlı ən çox verilən sualların cavabları

Baxılıb: 4338     Tarix: 06-04-2020 11:02   
8103 SMS icazə sistemi ilə bağlı ən çox verilən sualların cavabları

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə "Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi"ni ərsəyə gətirib.

Vətəndaşlar evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər.

Sumqayitfakt.Az trend-ə istinadən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə istinadən 8103 SMS icazə sistemi ilə bağlı ən çox verilən sualların cavablarını təqdim edir.

8103 SMS icazə sisteminə göndərilən müraciətlər üçün vətəndaşlardan ödəniş tələb olunmur.

Təsərrüfat sahələri yaşadıqları evə yaxın olan vətəndaşların bununla bağlı evdən çıxarkən SMS icazəyə ehtiyacları yoxdur. Bununla bağlı əlavə məlumat əldə etmək üçün Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq olar.

Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqəsi ilə də SMS sistemi vasitəsilə icazə almaq mümkündür. Bu halda heç bir məhdudiyyət tətbiq olunmur.

Qeydiyyatdan keçirilmiş işçilərin market və aptekə getməsi ilə bağlı icazə almalarına ehtiyac yoxdur.

Məsafədən asılı olmayaraq, icazə alınması məqsədilə 8103 qısa nömrəsinə SMS göndərilməlidir.

Bakıda yaşayan, lakin rayon qeydiyyatında olan vətəndaşlar SMS icazə sistemi vasitəsilə müraciət etdikləri zəruri hal üzrə koda əsasən təsdiq cavabı aldıqdan sonra evdən çıxa bilərlər.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər