Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

Zakir Fərəcov şəhər qurucularından olan Gülbahar Vəliyevanın evində qonaq olub - ŞƏKİLLƏR

Baxılıb: 395     Tarix: 11-01-2020 12:30   
Zakir Fərəcov şəhər qurucularından olan Gülbahar Vəliyevanın evində qonaq olub - ŞƏKİLLƏR

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu gün 90 yaşını qeyd edən Sumqayıtın ilk qurucularından olan Gülbahar Vəliyevanı yaşadığı evdə ziyarət edib.

Zakir Fərəcov Gülbahar Vəliyevanı doğum günü münasibəti ilə təbrik edib, ona uzun ömür can sağlığı arzulayıb. Şəhərin inkişafında göstərdiyi xidmətlərə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin fəxri fərmanını Gülbahar Vəliyevaya təqdim edib.

Vurğulanıb ki, 70 il bundan öncə Sumqayıtın salınmasında qadınların da əvəzsiz rolu olub. Gülbahar Vəliyeva Sumqayıta 1949-cu ildə gəlib. Əmək fəaliyyətinə 1 saylı tikinti trestinin 16-cı təmir idarəsində rəngsaz kimi başlayıb. Çalışdığı şəhərdə gənclər təşkilatının üzvü olan Gülbahar Vəliyeva ictimai işlərdə də yaxından iştirak edib, keçirilən tədbirlərdə fəallıq göstəririb. Gülbahar Vəliyeva 1971-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.

Bildirilib ki, Gülbahar Vəliyevanın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. İki çağırış deputat olan Gülbahar xanım Prezident İlham Əliyevin sərəncamı ilə 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Gülbahar Vəliyeva və ailə üzvləri şəhər rəhbərinə diqqətə görə təşəkkürünü bildirib.








Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər