Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda maraqlı hadisə: Bu binada mənzillərin sahəsi durmadan genişlənir - VİDEO

Baxılıb: 5122     Tarix: 06-01-2020 22:50   
Sumqayıtda maraqlı hadisə: Bu binada mənzillərin sahəsi durmadan genişlənir - VİDEO


Sumqayıtda maraqlı bir hadisə baş verib. Deməli, çoxmərtəbəli yaşayış binalarının birində mənzillərin sahəsi durmadan genişlənir. Bu, sizə gülməli gələ bilər, ancaq mtk ilə sakinlər arasında imzalanmış alqı-satqı müqaviləsi yeniləndikcə hər yeni müqavilədə mənzilin sahəsi 3-4 kvadratmetr artırılır. Və sakinlərdən hər kvadratmetrə görə əlavə pul tələb olunur. MTK rəhbərliyinin bu vəziyyətə verdiyi izah da elə bir o qədər maraqlıdır.


İlkin satış müqaviləsində sahəsi 51 kvadratmetr göstərilən mənzil, sonradan 55 kvadratmetr olub. Rəqəmlər müqavilə yeniləndikdə dəyişdirilib. Üstəlik, fərqə görə yaranan əlavə məbləğ sakinlərdən tələb olunur.

Hadisə Sumqayıtın 9-cu m/r ərazisində fəaliyyət göstərən "Şərq" MTK-nın tikdiyi çoxmərtəbəli yaşayış binasında yaşanıb. Mənzillərin alqı-satqısında vətəndaşlarla bağlanan müqavilə sonradan bir neçə dəfə yenilənib. Belə olan halda birinci müqavilədə göstərilən evin sahəsi ikinci və ya üçüncü dəfə bağlanan müqavilədə artırılıb.

Sözügedən MTK-nın direktoru Ziyadxan Abbasov bu fərqi satış zamanı mənzillərin sahələrinin təxmini hesablanması ilə əsaslandırıb.

Binadan mənzil alan vətəndaşlar isə buna inanmırlar. Onlar MTK tərəfindən aldadıldıqlarını bildirirlər.

MTK-nın direktoru Ziyadxan Abbasov deyir ki, qiymət mənzil təhvil veriləndə yekun müqavilədə yazıldığı kimi hesablanır.

İndi vətəndaşlar çaş-baş qalıblar. Çünki onlarla bağlanan müqavilələr hər dəfə dəyişəndə mənzilin sahəsi artır və onlardan əlavə pul tələb edilir. Sakinlər məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəklərini deyirlər.



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər