Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda maraqlı tədbir: dəvətnamələri helikopterlərlə payladılar - VİDEO

Baxılıb: 3185     Tarix: 18-11-2019 21:56   
Sumqayıtda maraqlı tədbir: dəvətnamələri helikopterlərlə payladılar - VİDEO


Sabah Sumqayıt şəhərinin 70 illiyi qeyd ediləcək. Bu münasibətlə Sumqayıt şəhərinin səmasında uçan helikopterlərdən sakinlər üçün dəvətnamə atılıb və onlar bayram tədbirinə dəvət ediliblər.

Sumqayitfakt.Az-ın məlumatına görə, şəhərin əsas mərkəzi hisslərində bir neçə helikopter uçuş həyata keçirib. Bu zaman helikopterlərdən insanların sıx olduğu ərazilərə dəvətnamələr atılıb.

Helikopterlərdən atılan dəvətnamələrdə "Sizi, Sumqayıt şəhərinin 70 illiyi münasibəti ilə 19 noyabr 2019-cu il tarixdə, saat 10:00-da Sumqayıt Dövlət Dram Teatrının qarşısında keçiriləcək təntənəli yubiley tədbirinə və axşam saat 18:00-da möhtəşəm bayram konsertinə dəvət edirik" sözləri yazılıb.

Qeyd edək ki, Sumqayıt şəhərinin 70 illiyi münasibəti ilə noyabrın 19-u saat 10:30-da şəhərin Azərbaycan prospekti boyunca hərbçilərin və şəhər ictimaiyyətinin iştirakı ilə möhtəşəm parad keçiriləcək. Daha sonra axşam saat 18:00-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert və atəşfəşanlıq təşkil ediləcək.

Xatırladaq ki, 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib.




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər