Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda açıq havada konsert təşkil edilib – ŞƏKİLLƏR

Baxılıb: 4117     Tarix: 08-11-2019 15:05   
Sumqayıtda açıq havada konsert təşkil edilib – ŞƏKİLLƏR


9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Sumqayıta şəhər statusunun verilməsinin 70 iliyi münasibəti ilə açıq hava konserti təşkil olunub.


Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.

Tədbirdə dövlət bayrağının rəmzi mənalarına toxunulub, onun milli-mənəvi dəyərlərindən söz açılıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanı ilə 9 noyabr Dövlət Bayrağı Günü kimi dövlət səviyyəsində hər il qeyd olunur. Bildirilib ki, Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzi və Azərbaycanı dünya ölkələri arasında təmsil edən bir dövlət atributu, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının təcəssümü, hər bir vətəndaşın inam və güvənc yeridir.


Vurğulanıb ki, noyabr ayında hər birimizin tale şəhəri olan doğma Sumqayıta şəhər statusunun verilməsinin 70 ili tamam olur. Gənclik şəhəri olan Sumqayıtın gözəllik və gənclik ruhundan illər heç nə qopara bilməyib, əksinə daha təravətli, təmiz, səliqəli, abad, müasir bir şəhərə çevrilib. 70 il sadəcə olaraq bir təqvim göstəricisi deyil, qurub yaradanların ömür yolu, zəhmət salnaməsi və şərəf tarixidir. Bu Sumqayıtda çalışan, onu quran, yaradan, gözəlliklər məskəninə çevirən, inkişaf etdirən insanların çoxillik zəhmətinin və fədakar əməyinin qürur və fərəh doğuran nəticəsidir.

Bayram tədbiri tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilib.

Sumqayitfakt.Az













Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər