Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu

Leonardo Da Vinçi azərbaycanlı olub – İngilis tarixçidən sensasion iddia

Baxılıb: 4182     Tarix: 01-10-2019 22:18   
Leonardo Da Vinçi azərbaycanlı olub – İngilis tarixçidən sensasion iddia

İngilis tarixçi Simon Hevitt italyan rəssam Leonardo Da Vinçinin əslən Xəzər dənizi hövzəsində yaşamış türklərdən olduğunu iddia edib.

Sumqayitfakt.Az teleqraf.com-a istinadən bildirir ki, ingilis tarixçinin İntibah (Renesans) dövrünün simvolu kimi qəbul edilən rəssam barədə iddiası rezonans yaradıb.

Simon Hevitt Leonardo da Vinçinin atalarının Xəzər hövzəsində (Qafqaz bölgəsində) yaşamış türklərdən ola biləcəyi iddiasını önə sürüb.

İddia Hevittin "Leonardo da Vinçi və Qiyamət" kitabında yer alıb.

"The Guardin" qəzetində yer alan xəbərdə qeyd olunub:

"XV əsrdə Milanda qızılı saçlı qadınlara nadir hallarda rast gəlinirdi, bunu hər kəs bilirdi, amma qəribə qarşılanırdı. Hevitt Leonardonun, Asiyadan Qara dəniz və Avropaya yayılan qızılı saçlı insanların - Xəzər türklərinin nəslindən gəlməsindən şübhələnir".

Hevittin kitabı 1495-ci ildə çəkilən və Almaniyada tapılan bir karikatura əsasında hazırlanıb. Kitab sabah İngiltərədə satışa çıxarılacaq.

Əlavə edək ki, italyan rəssamın Azərbaycan kökənli olması bir neçə ilə əvvəl də gündəmə gəlmişdi. Tarixçi Robin Maksvellin "Xanım Da Vinçi" adlı əsərində Da Vinçinin soy-kökündən bəhs olunur. Kitabda rəssamın anasının Xəzər bölgəsindən olduğu iddia edilir.

Çeti Universiteitinin Antropoliji Tədqiqatlar İnstitutunun direktoru Luici Kapassonun dediyinə görə, Leonardo Da Vinçinin 52 əsərində onun 200-ə yaxın barmaq izlərinin qalıqlarını araşdırıblar. Rəssamın barmaq izlərinin 60 faizində ərəblərə, habelə Cənubi Qafqaz və ya Ön Asiyada yaşayan müsəlmanlara məxsus səciyyəvi ünsürlər aşkarlanıb.

Kanadalı alim Luis Baff Perri isə qətiyyətlə vurğulayır ki, Leonardo Da Vinçinin anası Katerina müsəlman, hətta azərbaycanlı olub:

"O vaxt Asiyadan İtaliyaya gətirilən bütün qadın kölələrə Katerina adı verilirdi. Uzun illər boyu apardığım araşdırmalar nəticəsində qəti qənaətim budur ki, Leonardo Da Vinçinin anası Katerina müsəlman olub, indiki Türkiyənin Anadolu bölgəsinə yaxın yerdə doğulub. Bir qədər dəqiq olsaq, həmin yer Azərbaycandır. Bunu dəqiqləşdirmək üçün Azərbaycana səfər də etmişdim və orada qənaətimin doğruluğuna bir daha əmin oldum".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər