Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu

Sumqayıtda məktəb direktoru Hesablama Palatası üçün müəllimlərdən pul yığır? – İDDİA

Baxılıb: 2357     Tarix: 16-09-2019 10:14   
Sumqayıtda məktəb direktoru Hesablama Palatası üçün müəllimlərdən pul yığır?  – İDDİA

“Mehman Adıgözəlov direktor təyin olunan gündən - 7-8 ildir, ildə 2 dəfə hər müəllimdən İcra Hakimiyyətinə, Təhsil Nazirliyinə və Hesablama Palatasına vermək adıyla 500-600 manat pul alır”

“Sumqayıt təhsil müəssisələrində qanunsuz pul yığımı davam edir, hətta daha da güclənib. Bütün məktəblərdə Sumqayıt Mugam Mərkəzinin tikintisinə görə pul yığılır. Orta məktəblərdə heç olmasa müəllimlər tələb olunan pulun müəyyən hissəsini uşaqlardan yığır, özlərinə çox güc düşmür, lakin xüsusi məktəblərdə və məktəb tipli müəssisələrdə müəllimlərin vəziyyəti xarabdır”.

Sumqayitfakt.Az xəbər verir ki, bu haqda Sumqayıt Evdə Fərdi Təhsil Məktəbinin müəlliməsi loqoped-defektoloq Gülayə Cəfərova muxalifet.az-a göndərdiyi məktubda bildirib. Onun sözlərinə görə, Sumqayıt Evdə Fərdi Təhsil Məktəbinin əvvəlki rəhbəri Məhəmməd Süleymanovun direktorluğu vaxtında pul yığılmasına imkan verilmirdi: “Ancaq Mehman Adıgözəlov direktor təyin olunan gündən - 7-8 ildir, ildə 2 dəfə hər müəllimdən İcra Hakimiyyətinə, Təhsil Nazirliyinə və Hesablama Palatasına vermək adıyla 500-600 manat pul alır. Guya həmin pulu verməsək, Hesablama Palatası maaşımıza əlavə edilən 50 faiz vəsaiti kəsəcək.

2018-2019-cu dərs ilinin sonunda Hesablama Palatasından yoxlama gəldiyinə görə, borc-xərc edib, tələb olunan pulu verdik. Halbuki uşaq oxuduruq, elə müəllimimiz var ki, kirayədə qalır, 2 tələbə oxudur. Direktor bizi “pul verməsəniz, məktəb bağlanar, pullar kəsilər”, - deyib qorxutduğu üçün yığdıq verdik, dedik təki çörəyimizdən olmayaq. Aradan 2 ay keçib, yenə deyir ki, 300 manat verməsəniz 50 faizlər kəsilər. Bu pul bizə düşmürsə, ləğv edilsin, neynirik o pulu ki, axırda aldığımızı ancaq direktora yığıb veririk. İclaslarda təhqir olunuruq, evdə deyə də bilmirik, direktor iclasda deyir ki, “sizi mən saxlayıram”.
Məktəb xüsusi tipli təhsil ocağıdır, burda əlilliyi olan, sağlamlıq imkanları məhdud olan uşaqlar təhsil alır. Məktəbimizdə əslində loqopedlər, defektoloqlar işləməlidir. Validə Qılıcova adlı direktor müavinimiz vardı, bəlkə də Azərbaycanda ən təcrübəli loqoped-defektoloqdur, 65 yaşı tamam olan kimi direktor onu işdən azad elədi. Ancaq keçən il başqa müəllimlərin 65 yaşı tamam olanda işdən azad eləmədi. Bu il özünün 65 yaşı tamam olub, heç bir fəxri adı yoxdur, loqoped, defektoloq deyil, ancaq hələ işləyir, üstəlik pul da yığmağa davam edir.
Dərs saatları da pulla satılır. 18 saat dərs istəyən 400, 24 saat dərs 700 manatdır. 60 faizə görə də əlavə 300 manat verməliyik ki, guya Hesablama Palatasına çatacaq. Bu az imiş kimi, hər ay da hər müəllimdən 50-60 manat yığır.
Sizin saytınız vasitəsilə xahiş edirik, doğrudan da yığılan pullar İcra Hakimiyyətinə, Təhsil Nazirliyinə və Hesablama Palatasına çatırsa, bizim məktəbə, aldığımız maaşa dəyməsinlər. Vallah, hər il 2 dəfə qazancımızı tutub əlimizdən almaqdansa 50 faizi kəssinlər, birdəfəlik bilək almırıq. Halbuki 50 faiz bizim haqqımızdır. Çünki biz direktora yaxınlığı olan müavinlərindən və bəzi müəllimlərdən fərqli olaraq həftədə 5-6 gün əziyyətimiz bir yana, yol pulu verib, 2-3 marşrut dəyişib, evlərə sağlamlıq imkanı məhdud olan uşaqlara dərs öyrətməyə gedirik. Onların isə ancaq adı gedir, bir yoxlayan da gələndə jurnalları gizlədirlər ki, görülməsin. Eybi yox, nə istəyirlərsə eləsinlər, amma işləyənlərin haqqını versinlər, yeməsinlər haqqımızı”.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
For Example There . all parameters . this model . look here . https://www.creationsbydawn.net/
Reklam
Əsas xəbərlər