Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

“Onların taladıqları pullar geri qaytarmalıdır” – Keçmiş nazir

Baxılıb: 495     Tarix: 08-09-2019 10:14   
“Onların taladıqları pullar geri qaytarmalıdır” – Keçmiş  nazir

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun sabiq nazirlərə bağlı açıqlaması barədə nə demək olar? Bununla bağlı mən artıq dəfələrlə mətbuat səhifələrində fikirlər səsləndirmişəm. Çox sağ olsun Siyavuş Novruzovu ki, bu məsələni gec də olsa gündəmə gətirdi.
Sumqayitfakt.Az xəbər verir ki, bunu sabiq maliyyə naziri Fikrət Yusifov bildirib. O qeyd edib ki, cəmiyyətin gözü tərəzidir, kimin nə ilə nəfəs aldığını çox yaxşı bilir:

“Vaxtılə dövlətin milyardlarla manat vəsaitini talayanların kimliyini də hər kəs çox gözəl bilir. Mən bu adamların hakimiyyətə maliyyə müxalifi olduqlarını dəfələrlə yazmışam və demişəm. Burada bütün baş verənlər sadə məntiqə söykənir. Yəni yeni nə isə kəşf etməyə ehtiyac qalmır. Bir korrupsioner məmur vəzifədən çıxarılırsa, deməli o, oğurlaya biləcəyi milyardlardan məhrum olur. Elə bu səbəbdən də vəzifədən getdikdən sonra belələrinin 9/10-u avtomatik olaraq hakimiyyətə müxalif olurlar. Çünkü hakimiyyət vəzifədən çıxarmaqla onları böyük qazanc mənbəyindən məhrum edib. Belələri vəzifədən gedəndən sonra hakimiyyətə dost ola bilərmi? Onların normal əqidəsi olsaydı, dövlətin malını, pulunu talamazdılar. Talayıblarsa, deməli xəyanət ediblər. Xəyanət ediblərsə, deməli onlar üçün müqəddəs heç nə yoxdur və onlar vəzifədən uzaqlaşdırıldıqdan sonra on dəfə artıq xəyanət edəcəklər”.

F.Yusifov qeyd edib ki, bu gün Azərbaycan hakimiyyətinin maliyyə müxalifətinin başında da məhz bu xəyanətkarlar dayanır:

“Ona görə mən dəfələrlə təklif etmişəm ki, onların taladıqları pulları hakimiyyət geri qaytarmalıdır. Əks halda bu pullar hakimiyyətə qarşı istifadə olunacaq. Təəssüf ki, bu gün bu da baş verir. Bu adamların kimliyi hər kəsə bəllidir. Bu adamları tutduqları yoldan geri döndərməyin yeganə yolu onların dövlətdən oğurladıqları pulları geri qaytarmaqdır. Əks halda onları bu yoldan heç kim çəkindirə bilməyəcək”.(Yeni Sabah)

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər