Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Elmlər Akademiyasının vəzifəli qocaları: Bir çoxu yaşca AMEA-dan böyük imiş

Baxılıb: 5173     Tarix: 30-08-2019 19:36   
Elmlər Akademiyasının vəzifəli qocaları: Bir çoxu yaşca AMEA-dan böyük imiş

Gələn il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyi qeyd olunacaq.

Maraqlıdır ki, Akademiyanın hazırkı prezidenti, geologiya-mineralogiya elmləri doktoru, professor Akif Əlizadə rəhbəri olduğu qurumdan yaşca xeyli böyükdür. 1934-cü il təvəllüdlü Əlizadə, hazırda 85 yaşındadır.

AMEA-da bir çox mühüm vəzifə tutanların da yaşı ya 80-ə yaxındır, ya da 80-i çoxdan ötüb.

Sumqayitfakt.Az xəbər verir ki, qaynarinfo-nun araşdırmasına görə, onların arasında geologiya-mineralogiya üzrə elmlər doktoru və professor, AMEA-nın vitse-prezidenti və Neft-Qaz İnstitutunun direktoru İbrahim Quliyev də var. O, 1947-ci il təvəllüdlüdür və 72 yaşını bu ilin mayında tamamlayıb.

Digər vitse-prezident Tofiq Nağıyev isə kimya elmləri doktorudur. O, hazırda 78 yaşındadır. Nağıyev eyni zamanda Akademiyanın nəzdindəki "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktorudur.

AMEA-nın İdarə Heyəti üzvlərindən kimya elmləri doktoru Vaqif Fərzəliyev eyni zamanda akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru və Kimya Elmləri Bölməsinin akademik-katibidir. Onun bu il 80 yaşı tamam olub.

AMEA-nın müşavirlərindən biologiya elmləri doktoru, professor Urxan Ələkbərov 76 yaşındadır.

Biologiya elmləri doktoru olan digər müşavir Qərib Məmmədovun 72 yaşı var.

AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri Çingiz Qacar 1929-cu il təvəllüdlüdür və bu il 90 yaşını qeyd edir.

AMEA Fizika İnstitutunda baş elmi işçi olan Firidun Haşımzadənin 84 yaşı var.

Milli Elmlər Akademiyasının yaşlı vəzifə sahibləri arasında: Kimya elmləri bölməsinin 79 yaşlı akademik-katibi, şöbə müdiri və laboratoriya müdiri kimi vəzifələr də tutan Ağadadaş Əliyev, eyni bölmənin büro üzvü və Sintetik yağlar laboratoriyasının 95 yaşlı müdiri Məhərrəm Məmmədyarov, Tarix İnstitutunun direktoru, 80 yaşlı Yaqub Mahmudov, Akademiyanın İctimai elmlər bölməsinin elmi katibi, eyni zamanda Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri olan 91 yaşlı Teymur Bünyadov, İqtisadiyyat İnstitutunun 79 yaşlı şöbə müdiri Şahbaz Muradov və digərləri də var.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər