Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Zakir Fərəcov sakinlərlə görüşdü - ŞƏKİLLƏR

Baxılıb: 2119     Tarix: 23-08-2019 17:31   
Zakir Fərəcov sakinlərlə görüşdü - ŞƏKİLLƏR

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 9-cu mikrorayon ərazisində keçirib.

Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri və şəhər sakinləri iştirak ediblər.
Qəbulda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinləri salamlayaraq bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində son illərdə şəhərdə əsaslı və kompleks yenidənqurma işləri görülüb.

Vurğulanıb ki, Sumqayıtda şəhərin simasının günün tələbləri səviyyəsində qurulmasını təmin etmək məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi üçün şəhər icra hakimiyyətində xüsusi proqram hazırlanıb və bu proqram uğurla icra olunur. Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq şəhərdə irihəcmli infrastruktur layihələr bundan sonra da davam etdiriləcək.

Şəhər rəhbəri qeyd edib ki, bir neçə il öncə şəhər sakinlərini narahat edən problemlərin böyük əksəriyyəti öz həllini tapıb. Mövcud problemlərin həlli istiqamətində əməli addımlar atılır.
Bildirilib ki, Sumqayıt şəhərində davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.
Qəbulda sakinlərin məhəllə daxili yolların təmir olunması, dam örtüklərinin vurulması, nümunəvi məhəllələrin salınması və digər məsələlərlə əlaqədar problemləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.
Görüşdə iştirak edən şəhər sakinləri Sumqayıt şəhərində son dövrlər görülən işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığıan görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.











Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər