Xəbər xətti
18-10-2021
17-10-2021
16-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Baharın gəlişi “Sazlı-sözlü novruzum”la qarşılandı -FOTOLAR

Baxılıb: 11 226     Tarix: 15-03-2016 19:28   
Baharın gəlişi “Sazlı-sözlü novruzum”la qarşılandı
Sumqayitfakt.az Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətinə istinadən məlumat verir ki, bu gün Sumqayıtın Tarixi Muzeyində Novruz bayramı münasibətilə “Sazlı-sözlü novruzum” adlı tədbir keçirilib.
Tədbirdə Azərkimya İB-in Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Qızıl Aypara Cəmiyyəti Sumqayıt bölməsinin sədri Mətanət Məhərrəmova, SDU-nun müəllim və tələbə heyəti, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Sumqayıtın Tarixi Muzeyinin direktoru Olya İslamova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək xoş arzularını çatdırıb. Daha sonra Millət vəkili Muxtar Babayev çıxış edib. “Novruz sülh, əminamanlıq, bahar təravətli, ruzi bərəkət dolu bayramıdır” deyən, millət vəkili qədim tarixi köklərə söykənən, milli mənəvi dəyərlərimizi özündə ehtiva edən belə bir bayramın məhz Sumqayıtın Tarixi Muzeyində təşkil olunmasını yüksək qiymətləndirib.
Digər çıxış edənlər, SDU-nun müəllim və tələbələri, Ə.Kərim adına “Poeziya” klubunun direktoru İbrahim İlyaslı Novruz bayramının tarixindən, o cümlədən bayramın atributu sayılan aşıq sənətinin inkişafı haqqında məruzə edib.
F.Əmirov adına Uşaq Musiqi Məktəbinin müəllimləri Qönçə Kərimovanın, Gülbəniz Əsədovanın, N.Nərimanov adına Mədəniyyət Mərkəzinin “Pöhrə” Uşaq Aşıqlar ansamblının yetirmələri—Mahmud Qazaxlının, Arif Qurbanovun, Əlövsət İmranovun, Anar Laçınlının, Ceyhun Hüseynovun ifaları tədbirə xoş ovqat qatıb.
Qeyd edək ki, tədbirdə “Türbət” Mədəniyyət Mərkəzinin rəhbəri Xatirə Tapdıqovanın əl işlərindən ibarət sərgisi nümayiş olunub. Sərgidə “Muğam”, “Aşıq” sənəti atributları, “Xalçaçılıq”, “Misgərlik” sənəti nümunələri, o cümlədən Azərbaycanın milli geyim nümunələri nümayiş olunub.
Baharın gəlişi “Sazlı-sözlü novruzum”la qarşılandı
Baharın gəlişi “Sazlı-sözlü novruzum”la qarşılandı
Baharın gəlişi “Sazlı-sözlü novruzum”la qarşılandı


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər