Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtın 70 illiyi münasibətilə mədəniyyət işçilərinin Ağsaqqallar Şurasının üzvləri ilə görüşü keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 3162     Tarix: 23-07-2019 14:10   
Sumqayıtın 70 illiyi münasibətilə mədəniyyət işçilərinin Ağsaqqallar Şurasının üzvləri ilə görüşü keçirilib


Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə mədəniyyət işçilərinin Sumqayıt şəhər Ağsaqqallar Şurasının üzvləri ilə görüşü keçirilib.

Sumqayıtın 70 illiyi münasibətilə Sumqayıt Dövlət Dram Teatrında baş tutan görüşdə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, , şəhər ziyalıları və mədəniyyət işçiıləri iştirak edib.

Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan idarə rəisi Mehman Şükürov son illər şəhərimizdə aparılan abadlıq və quruculuq işlərindən, inşa edilən mədəniyyət müəssisələrindən danışaraq bildirib ki, ölkə başçısının və şəhər rəhbərliyinin mədəniyyət işçilərinə olan diqqət və qağısı bizi daha da böyük nailiyyətlər əldə etməyə ruhlandırır.

Sonra şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov, şair Əşrəf Şəfiyev, Ə.Kərim adına Poeziya evinin direktoru İbrahim İlyaslı, S.Vurğun adına Sumqayıt MKS-nin direktoru Yeganə Əhmədova və digərlərinin mövzu ətrafında çıxışları dinlənilib.

Sonda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək sumqayıtın 70 ildə keçdiyi tarixi yola nəzər salıb, son illərdə görülən işlərdən danışaraq bildiirib ki, ölkə prezidenti cənab İlham Əliyevin “möcüzə” adlandırdığı sumqayıt buıvarının ərazisi şimala doğru 1 kilometr uzadılır. Hazırda 106 hektar olan bulvar ərazisinə daha 32 hektar əlavə edilir.

Natiq Muğam mərkəzi və kinoteatrın inşasına diqqət çəkərək bildirib ki, sumqayıtlıların mədəni istirahətlərini təmin etmək üçün şəhərimizdə bütün lazımi şərait yaradılacaq və şəhərimiz sözün əsl mənasında mədəniyytət mərkəzinə çevriləcək.

Sonda Teymur Səmədov hər kəsi Sumqayıtın 70 illik yubileyi münasibətilə təbrik edib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti











Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər