Xəbər xətti

17-07-2019

Yazarlar




Namiq Dəlidağlı

Rublika
Arxiv
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

2.5 milyonluq saatı oğurlanan şəxs hansı məmurun oğludur?

Baxılıb: 4106     Tarix: 27-06-2019 11:53   
2.5 milyonluq saatı oğurlanan şəxs hansı məmurun oğludur?


İspaniyanın məşhur İbiza kurortunda Azərbaycan vətəndaşının 1 milyon funt sterlinqliq dəyərində saatı oğurlanıb.

Manevr.az xəbər verir ki, hadisə haqqında ingilis mətbuatı məlumat yayıb. Xəbərə görə, İspaniyanın İbiza adasında 22 yaşlı Azərbaycanlı turist soyğunçuluğa məruz qalıb. Məlumatda bildirilir ki, adadakı sahillərdən birində yaxın dostu ilə gəzintiyə çıxmış həmin gəncin qarşısını kəsən quldur onu döyərək, qolundakı təxminən 2.5 milyon manatlıq olan "Mille 50-03 McLaren F1” markalı saatını əlindən alaraq qaçıb. Azərbaycanlı hadisə ilə bağlı polisə müraciət edib.

Bütün dünya mediası hazırda bu 22 yaşlın 1 milyon funt-sterlinq dəyərində saat taxmasından yazır. Jurnalist Cavanşir Həsənli yazır ki, dünyanın məşhur milyonerləri, böyük şirkət sahibləri də belə eləmirlər.

Bəs, 22 yaşlı azərbaycanlı kimdir?


"Siz onu bəlkə də tanımırsınız, amma atasını gözəl tanıyırsınız. Dünyada 75 nüsxə ilə buraxılan Richard Mille 50-03 McLaren F1 saatları ancaq bizim məmurların övladları kimi kütbeyinlərə 1 milyon funta satırlar. Hələ də maraq edirsiniz kimdir?

Gözünüz ayağınızın altına baxsın. Nə görəcəksiniz? Asfaltı dağılmış, çökmüş yollar... Bizim yollarımızdır, milyonlar nədir, milyardların yeyildiyi yollar.

22 yaşlı azərbaycanlı məmur balasını yollarımız çoxdan Londona aparıb çıxarıb. O, 19 yaşında İngiltərənin milyonerləri sırasında idi. Həmin şəxs Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 1997-ci il oktyabr təvəllüdlü oğlu Sübhan Məmmədlidir.

2015-ci ildən indiyə kimi Londondakı King’s College-də təhsil alır, Avstriyada və Britaniyada atasının yollardan yığdıqlarının hesabına çoxmiyonlu şirkətlər açıb. Londonda Camellia House-də 5 milyonluq mənzil sahibidir.

İndi bir saatı itirib, noolsun? Elə bilin, Xətaidə yol çöküb... Kimsə Saleh Məmmədova deyəsi deyil ki, gözün üstdə çatma qaşların var” deyə Cavanşir Həsənli yazır.

Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər