Xəbər xətti

21-07-2019

Yazarlar





Rublika
Arxiv
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda Milli Qurtuluş Günü qeyd edildi -ŞƏKİLLƏR

Baxılıb: 2189     Tarix: 15-06-2019 12:00   
Sumqayıtda Milli Qurtuluş Günü qeyd edildi
Sumqayıt şəhər "Kimyaçı" Mədəniyyət Sarayında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri təşkil edilib.
Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib.


Öncə “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunan sənədli film nümayiş etdirilib.

Tədbirdə qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı ilə dövlətimizin idarəçilik sükanı təcrübəli, müdrik dövlət xadiminin əlinə keçdi. Beləliklə, xalqımızın tarixində yeni bir dövr başlandı. Bu dövrün başlanğıcı - 1993-cü ilin 15 iyun günü tariximizə Qurtuluş Günü kimi daxil oldu. Milli Məclis xalqımızın yüz minlərlə nümayəndəsinin müraciətini nəzərə alaraq, 1997-ci ilin iyun ayının 27-də qəbul etdiyi qərarla Heydər Əliyevin hakimiyyətə qayıdışını Azərbaycan xalqının və dövlətinin qurtuluşunun başlanğıcı kimi qiymətləndirərək 15 İyunu Milli Qurtuluş Günü elan etdi.

Vurğulanıb ki, Azərbaycanı öz varlığı qədər sevən Heydər Əliyev onun gözəl bir guşəsi olan, bu yaxınlarda 70 illiyini qeyd edəcəyimiz Sumqayıtı da çox sevirdi. "Sumqayıtı bütün Azərbaycanın gözəl təcəssümü" adlandırır və onun tərəqqisi üçün mümkün olan hər şeyi edirdi. Sumqayıtlılar bu diqqət və qayğını həmişə hiss etmişlər. Siyasi hakimiyyətdə olduğu illərdə 16 dəfə Sumqayıta gələn Heydər Əliyevin hər səfəri Sumqayıta etdiyi bu səfərlər sumqayıtlılarda daim sabaha ümid yaratmış, gələcəyə inamı artırmışdır.

Diqqətə çatdırılıb ki, Azərbaycanın sürətli inkişaf dövrü Milli Qurtuluş Günü ilə başlayaraq, həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir.
İncəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı təqdim olunub.

Sumqayitfakt.Az






















Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər