Xəbər xətti

22-05-2019

21-05-2019

Yazarlar

Namiq Dəlidağlı




Rublika
Arxiv
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtın 70 illiyinə həsr olunmuş rəsm sərgisi keçirildi

Baxılıb: 269     Tarix: 15-05-2019 14:52   
Sumqayıtın 70 illiyinə həsr olunmuş rəsm sərgisi keçirildi

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və “Nigart” rəsm dərnəyinin birgə təşkilatçılığı ilə Nəsimi adına mədəniyyət və istirahət parkında Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş “Canlanır hər qarış çöl Sumqayıtda” adlı rəsm sərgisi keçirilmişdir.

Sumqayitfakt.Az-ın xəbərinə görə, açıq səma altında təşkil olunan sərgidə 30-a yaxın gənc müəllif öz əl işlərini nümayiş etdirmişdir.

Əvvəlcə qonaqlar gənclərin ifasında klassik musiqi sədaları altında sərgiyə baxış keçirmiş, müəlliflərin fikirləri ilə tanış olmuşlar.

Tədbirdə çıxış edən Baş İdarənin rəisi Elgün Hümbətov şəhərimizin son illər ərzində əsaslı yenidənqurma və abadlıq işlərinin aparılması nəticəsində xüsusi zövq oxşayan görkəm qazanmasından, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışmış, sərginin istedadlı və yaradıcı gəncləri aşkara çıxarmaq, qabiliyyətlərini nümayiş etdirə bilmələri üçün şərait yaratmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə keçirildiyini qeyd etmiş və sərgi iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Sonda sərgidə fəal iştiraklarına görə bir qrup gənc rəssam Baş İdarənin fəxri fərman və hədiyyələri ilə təltif edilmişdir.






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər