Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

İcra başçısının xidməti maşınının mübhəm FOTOLARI

Baxılıb: 3484     Tarix: 08-03-2016 10:02   
Başçının avtomobili ilə bağlı yayılan şəkillərə və xəbərə görə qurumdan açıqlama verildi; “O fotolardan biri bizə aiddir, amma”
Bəzi KİV-lərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun xidməti avtomobilinin fotoları yayılıb və bu fotolar geniş səs-küyə səbəb olub


İcra başçısının xidməti maşınının mübhəm
Sumqayitfakt.az

Məsələ burasındadır ki, reportyor.org saytı iddia edir ki, Mingəçevirin icra başçısının xidməti avtomobilində, salonda, qabaq oturacaqda oturan xanım açıq-saçıq hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edib. Əl-qol hərəkətləri, ucadan oxudulan pop musiqi səsi, gülüş sədaları...

Sayt sonda qeyd edir ki, onlarda başçısının xidməti avtomobilinin hansı istiqamətdə və hansı villaya getməsi ilə bağlı videogörüntülər var və bu görüntüləri növbəti yazıda təqdim edəcək.

Məsələnin bu qədər böyük səs-küyə səbəb olmasını nəzərə alaraq, Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdir müavini Sahib Əliyev musavat.com-a açıqlamasında bildirdi ki, həmin fotodakı kadrlar saxtadır, həqiqəti əks etdirmir:

“Tbilisi prospektindən Dərnəgül istiqamətinə gedən avtomobil həqiqətən də bizim xidməti maşındır. Digər fotoda olan avtomobil isə quraşdırmadır, saxtadır. Onun bizə heç bir aidiyyəti yoxdur. Üstəlik, fotoya baxanda hiss edilir ki, yay aylarında çəkilib. Pəncərələr açıqdır, hava da günəşlidir.


İcra başçısının xidməti maşınının mübhəm
Cənab başçının sürücüsü and içir ki, heç qızını belə xidməti maşınına əyləşdirmir. Belə saxta məlumatların yayılması ilk dəfə deyil. Biz belə hallarla çox rastlaşmışıq. Məsələn, şəhərdəki Şəhidlər Xiyabanında təmir işləri aparılan zaman foto çəkib, “İcra başçısı şəhidlərə hörmətsizlik edir” başlıqlı yazı yazıblar. Hansı ki, həmin yerdə abadlıq işləri aparılıb. Daha da yaxşı hala gətirilib".

- Sayt qeyd edir ki, “Xidməti avtomobilinin hansı istiqamətdə və hansı villaya getməsi ilə bağlı videogörüntülər var və bu görüntüləri növbəti yazıda təqdim edəcək”. Bu haqda nə deyə bilərsiniz?

İcra başçısının xidməti maşınının mübhəm

- Bu sayt qəsdən saxta məlumatlar yayıb. Bu, üstüörtülü şəkildə rüşvət istəməkdir. Yəni deyirlər ki, “Gətirin bizə pul verin, videonu yaymayaq, səsimizi kəsək”. Bunun başqa mənası yoxdur. Onlar şantaj edirlər.


- Rəsmi olaraq hansısa bir tədbir görmək fikriniz varmı?

- Biz Mətbuat Şurasına rəsmi müraciət edəcəyik. Bundan sonra əgər ehtiyac olsa, digər rəsmi qurumlara da, hüquq-mühafizə orqanlarına da müraciət edəcəyik.musavat.com


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər