Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Oğlunu prorektor təyin edən rektor qızına da yüksək vəzifə veribmiş

Baxılıb: 2537     Tarix: 07-03-2016 21:27   
Oğlunu prorektor təyin edən rektor qızına da yüksək vəzifə veribmiş

22 yaşlı oğlunu rəhbərlik etdiyi universitetə prorektor təyin edən rektor öz qızını da yüksək vəzifəyə təyin edibmiş. Bu fakt haqqin.az saytının araşdırması nəticəsində ortaya çıxıb. Sayt xəbər verir ki, rektorun qızı bu universitetdə İcra Aparatının rəhbəridir.


Haqqin.az saytı yazır ki, Bakı Avrasiya Universitetinin (BAU) rektoru Nazim Hüseynli oğlu Günhan Hüseynlini 22 yaşında olarkən bu universitetə rektor təyin edib. Günhan Hüseynli atası tərəfindən bu vəzifəyə 2013-cü ildə - İqtisad Universitetini bitirdikdən dərhal sonra təyin edilib. Bu mövzu ölkə mətbuatının gündəmini silkələyəndən sonra haqqin.az saytı universitetlə bağlı araşdırma aparıb və məlum olub ki, rektorun qızı Nigar Hüseynova da universitetdə yüksək vəzifə tutur. Nigar Hüseynova 2012-ci ildə BAU kadr işinin təşkili və informasiya təminatı departamentinin rəhbəri, kadr və ümumi işlərin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2013-cü ildən İcra aparatının rəhbəri vəzifəsini tutur (mənbə: haqqin.az).

Məlumat üçün qeyd edək ki, 1992-ci ildə AXC hakimiyyəti dövründə Nazim Hüseynli də daxil olmaqla 4 nəfər şərikli olaraq Ali Diplomatiya Kollecini təsis ediblər. İlk illər bu təhsil qurumu fəaliyyətini qura bilməyib. 1994-cü ildə Nazim Hüseynlinin dayısı İzzət Rüstəmov baş nazirin müavini təyin edildikdən sonra kollec tam himayə alıb və sürətlə böyüyüb. Sonradan müəmmalı şəkildə təsisçilərdən üçü sıradan çıxarılıb.
Oğlunu prorektor təyin edən rektor qızına da yüksək vəzifə veribmiş
1999-cu ildə İzzət Rüstəmov "vurulandan" sonra imtiyazlarını itirən Ali Diplomatiya Kollecinin bağlanması məsələsi dəfələrlə gündəmə gəlib. Belə ki, Nazim Hüseynli köhnə ADP-çidir və bu günə qədər də Rəsul Quliyevlə əlaqələrini davam etdirir.

Ali Diplomatiya Kolleci 2005-ci ildən etibarən Bakı Avrasiya Universiteti adı altında fəaliyyət göstərir. Son illər təhsilin keyfiyyəti ilə bağlı çoxsaylı narazılıqlar üzündən universitetin bağlanması məsələsi dəfələrlə gündəmə gəlib.

Rektorun heç bir iş təcrübəsi olmayan oğlunu prorektor təyin etməsi məsələsinə BAU-dan rəsmi açıqlama verilib. Universitet bildirib ki, rektor bu addımı Prezident İlham Əliyevin gənclərə üstünlük verilməsi ilə bağlı tövsiyələrini nəzərə alaraq atıb.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər