Xəbər xətti

Yazarlar

Namiq Dəlidağlı




Rublika
Arxiv
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Sumqayıt şəhərinin yaradılmasının 70 illiyi ilə bağlı Əli Kərim adına Poeziya Evi tərəfindən həyata keçirilməsi təklif edilən tədbirlər haqda M Ə L U M A T

Baxılıb: 2265     Tarix: 17-04-2019 11:58   
Sumqayıt şəhərinin yaradılmasının 70 illiyi ilə bağlı Əli Kərim adına Poeziya Evi tərəfindən həyata keçirilməsi təklif edilən tədbirlər haqda M Ə L U M A T

I. Sumqayıt şəhərinin, eyni zamanda onun qurub-yaradılmasında və inkişafında fədakarlıq göstərmiş insanların əməyinin bədii tərənnümünü geniş oxucu auditoriyasına təqdim etmək məqsədi ilə Sumqayıta həsr edilmiş şeir və esselələrdən ibarət «Səni vəsf edirəm, doğma şəhərim» adlı almanaxın nəşr edilməsi.

Kitab Sumqayıt Regional Mədəniyyət idarəsinin təsdiq etdiyi tərkibdə 5 nəfərdən ibarət redaksiya şurası tərəfindən nəşrə hazırlanır və idarə rəisinin rəyi ilə çap olunur.

II. «Sumqayıta həsr olunmuş ən yaxşı şeir və esse» müsabiqəsinin keçirilməsi.

Müsabiqə Regional Mədəniyyət idarəsi tərəfindən təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq keçirilir. (Əsasnamə əlavə olunur)

III. Azərbaycanın görkəmli yazıçı və şairləri ilə noyabr ayına qədər ayda bir dəfə olmaqla Sumqayıtın mədəniyyət, təhsil, səhiyyə, xidmət sahələri işçilərinin, eləcə də iri istehsalat kollektivlərinin görüşlərinin keçirilməsi.

IV. «Sumqayıt - 70» devizi ilə Azərbaycanın regionlarında sumqayıtlı yazıçılarla, həmin regionların yazıçıları ilə Sumqayıtda ədəbi məclislərin keçirilməsi.

V. «Sumqayıt - 70» devizi altında Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda sumqayıtlı yazıçı və şairlərlə Bakı ədəbi ictimaiyyətinin görüşünün keçirilməsi.

VI. Sumqayıtın ağsaqqal ədibləri və şəhər ədəbi gəncliyinin birgə iştirakı ilə «Ədəbi Sumqayıt – dünən, bu gün, sabah» adlı Televiziya verilişi. DTV-də.

VII. «Sumqayıt - 70» devizi altında Apşeron ərazisində dislokasiya olunmuş hərbi hissələrdə Sumqayıtlı şair və yazıçılarla görüşlərin keçirilməsi.

VIII. Tənqidçi, f.e.d Vaqif Yusiflinin sumqayıtlı yazarların əsərləri haqqında yazdığı ədəb-tənqidi məqalələrdən ibarət kitabın nəşri və Sumqayıtda təqdimatının keçirilməsi.

Əli Kərim adına Poeziya Evinin direktoru: İ. İlyaslı

Sumqayıt Regional Mədəniyyət idarəsi

Sumqayıt şəhərinin yaradılmasının 70 illiyi munasibəti ilə keçirilən «Sumqayıtı vəsf edən ən yaxşı şeir və esse» müsabiqəsinin

Ə S A S N A M Ə S İ

Sumqayıt şəhərinin, eyni zamanda onun qurub-yaradılmasında və inkişafında fədakarlıq göstərmiş insanların əməyinin bədii tərənnümünü dəyərləndirmək məqsədi ilə «Sumqayıta həsr olunmuş ən yaxşı şeir və esse» müsabiqəsi bu Əsasnaməyə uyğun olaraq keçirilir.

İ. Müəlliflər Sumqayıta həsr edilmiş şeirlərininin əlyazmalarını və elektron variantını yerli kütləvi informasiya vasitələrində bu barədə elan dərc edilən gündən etibarən 2019-cu il avqust ayının 31-dək elanda göstərilən ünvana – Əli Kərim adına Poeziya Evinə təqdim edir.

İİ. Sumqayıtın 60 illiyi ilə əlaqədar keçirilən müsabiqədə iştirak etmiş və “Həzin nəğmələrdə yaşayan şəhər” toplusuna daxil edilmiş şeirlər müsabiqəyə təqdim edilə bilməz.

İİİ. Müsabiqəyə təqdim edilmiş şeirlər Əli Kərim adına Poeziya Evi tərəfindən qəbul edilərək toplanılır və Sumqayıt Regional Mədəniyyət idarəsinin tərkibini təsdiq etdiyi münsiflər heyəti tərəfindən müzakirə edilir. Müsabiqəyə təqdim edilmiş şeirin(essenin) mövzunu tam əhatə etməsi və janrın tələblərinə cavab verməsi vacib şərtdir.

İV. Münsiflər heyəti müsabiqəyə təqdim edilmiş şeirləri(esseləri) müzakirə edərək İ, İİ və İİİ yerlərə layiq bildiyi müəllifləri müəyyən edir və bu barədə qərarını Sumqayıt Regional Mədəniyyət idarəsinə təqdim edir.

V. Qaliblər Sumqayıt şəhərinin 70 illiyi ərəfəsində təntənəli surətdə Sumqayıt Regional Mədəniyyət idarəsi tərəfindən «Sumqayıta həsr olunmuş ən yaxşı şeir və esse» müsabiqəsinin Laureatı Diplomu ilə təltif edilir və qiymətli hədiyyələrlə mükafatlandırılır.

Vİ. Münsiflər heyətinin səs çoxluğu ilə qəbul etdiyi qərar qalibləri müəyyənləşdirmək üçün əsas sayılır və müzakirə olunmur.

E L A N

Sumqayıt Regional Mədəniyyət idarəsi Sumqayıt şəhərinin yaradılmasının 70 İlliyi münasibəti ilə «Sumqayıta həsr olunmuş ən yaxşı şeir və esse» müsabiqəsi elan edir. Müsabiqədə iştirak etmək istəyən müəlliflər öz şeirlərinin(esselərinin) əlyazmalarını və elektron variantını avqust ayının 30-dək Əli Kərim adına Poeziya Evinə təqdim etməlidirlər. Təqdim edilən şeirlərin mövzunu tam və dolğun əhatə etməsi və janrın tələblərinə cavab verməsi vacib şərtdir.

Əlavə məlumat almaq istəyənlər 044 208 01 61 nömrəli telefonla Əli Kərim adına Poeziya Evinə müraciət edə bilərlər.

Ünvan: Sumqayıt şəhəri, 9-cu mkr., Heydər Parkı, Poeziya Evi. Email: sumqayitpoeziya.evi@mail.ru

Qeyd: Sumqayıtın 60 illik yubileyi ilə bağlı keçirilmiş müsabiqəyə təqdim edilmiş şeirlər bu müsabiqədə iştirak edə bilməz.

Müsabiqənin təşkilat komitəsi


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər