Xəbər xətti

Yazarlar

Namiq Dəlidağlı




Rublika
Arxiv
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Sumqayıtda Firdovsi Cəfərxanla görüş keçirilib -ŞƏKİLLƏR

Baxılıb: 2201     Tarix: 16-04-2019 17:35   
Sumqayıtda Firdovsi Cəfərxanla görüş keçirilib

S.Vurğun adına Mərkəzi Kitabxananın oxu zalında "Dəlidağ" və "Dan yeri" Ədəbi Birlikləririn təşəbbüsü ilə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı qələm adamı, səmimi insan, etibarlı dost, layiqli vətəndaş Firdovsi Cəfərxanın yaradıcılığına həsr olunmuş tədbir keçirildi.


Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Respublikanın Əməkdar jurnalisti, şair-publisist Rafiq Odayın idarə etdiyi tədbirdə şairin qələm dostları, həmkarları, şəhər ictimaiyyətinin nümayəndələri və poeziyasevərlər iştirak edirdi.

Tədbirdə Rafiq Oday və "Dəlidağ" Ədəbi Birliyinin rəhbəri, şair-jurnalist Namid Dəlidağlı son aylarda davamlı olaraq "Dəlidağ" və "Dan yeri" Ədəbi Birlikləririn müştərək keçirdiyi tədbirlərin mahiyyətindən danışmış və Firdovsi Cəfərxanın ömür yolu və çoxşaxəli yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat vermişlər.

Qeyd olunmuşdur ki, Firdovsi Cəfərxan oğlu Kazımov (Firdovsi Cəfərxan) Qubadlı rayonunun Yuxarı Mollu kəndində anadan olub. Krasnodar Politexnik İnstitutunun Texnologiya fakültəsini bitirib, ixtisasca mühəndis-texnoloqdur. Əmək fəaliyyətinə Sumqayıt Alüminium zavodunda başlamış, burada müxtəlif məsul vəzifələrində çalışmışdır. 1988-1995-ci illərdə Respublika Ət-süd Ticarət Birliyinin texnoloji korpusunun rəisi, Sumqayıt Yeyinti Məhsulları Müəssisənin direktoru vəzifələrində işləmişdir. Sonrakı dövrlərdə “Səbail-3” İstehsal müəssisəsinin direktoru vəzifəsində çalışmış, Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş məsləhətçi, şöbə rəisi vəzifələrini daşımışdır.
Gənclik illərindən bədii yaradıcılıqla məşğul olan Firdovsi Cəfərxanın şeirləri, hekayələri, publisistik yazıları mütəmadi olaraq müxtəlif mətbu orqanlarda dərc olunmuş, bir sıra qəzetlərlə əməkdaşlıq etmişdir.2007-ci ildən “ Yeganə Yol” qəzetinin təsisçisi və baş redaktorudur. Firdovci Cəfərxan hazırda Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəridir.
Firdovsi Cəfərxanın indiyə kimi “Səndən qalan bir sevgidir”, “Dil açıb dillənən könlüm”, “Bir ömür yetməz”, “Sənə səndən şikayətim var mənim” adlı şeirlər, “Hardan gəldi bu sevda”, “Ölmə, ölsən məni də götür”, “Taleyimdən qorxuram”, “Qədr gecəsindən üç gün sonra” adlı nəsr və “İnsanlığın keçdiyi yol” adlı publisistik kitabları işıq üzü görüb. Yüzlərlə elmi-publisistik və ictimai-siyasi məqalələrin müəllifi olan Firdovsi Cəfərxanın şeirlərinə xalq artisti, professor Nəriman Məmmədovun və digər bəstəkarlarımızın bəstələdikləri marş və mahnılar ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Uzun illər səmərəli ədəbi-bədii yaradıcılığına gorə bir çox ədəbi və media mükafatlarına layiq görülmüşdür.

Tədbirdə filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, veteran jurnalist Zümrüd Baloğlanova, "Çeşmə" Ədəbi Məclisinin rəhbəri Lilpar Cımşidqızı, tanınmış şairlərdən Zirəddin Qafarlı, Asif Asiman, Mədaxil Cavadlı, Mürvət Qədimoğlu Həkəri, Elbrus Qayalı, "Sözün sehri" qəzetinin təsisçisi Qafqaz Əvəzoğlu, şairə-publisist Nisə Qədirova, Qaratel Azəri, şairə Sevinc Qərib, Əməkdar artist Nazir Rüstəm, mədəniyyət işçisi Eldar Xanlaroğlu, şair-pedaqoq Şərbətəli Ümrə və başqaları çıxış edərək, Firdovsi Cəfərxan haqqında ürək sözlərini bildirmişlər.

Tədbir boyu Firdovfi Cəfərxan bir neçə dəfə öz yeni şeirlərini oxumuş, sonda tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirmişdir.
Tədbirin sonunda xatirə şəkli çəkilmişdir.































Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər