Xəbər xətti

19-04-2019

17-04-2019

Yazarlar
Namiq Dəlidağlı





Rublika
Arxiv
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Ən çox oxunanlar
Sorğu

Qənirə Paşayeva erməni deputatı üzr istəməyə çağırdı

Baxılıb: 272     Tarix: 10-04-2019 19:59   
 Qənirə Paşayeva erməni deputatı üzr istəməyə çağırdı
"Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Naira Zöhrabyanın çıxışında Azərbaycan haqqında yanlış məlumatlar verməsi təəssüf doğurur. Halbuki Xocalı soyqırımını törədən, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün evinə dönməsinə imkan verməyən Ermənistanın təmsilçisi olaraq həmin insanlardan üzr istəməliydi".

Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun yaz sessiyası çərçivəsində müzakirələr zamanı bildirib.

Onun sözlərinə görə, Avropada irqi ayrıseçkilik, ksenofobiya, antisemitizm və nifrətin başqa formalarını yayan, təhrik edən, təşviq və bəraət verən ifadələrdən istifadə, dözümsüzlük artmaqdadır: "Bu, eyni zamanda Avropada İslamafobiyanın artması hamımızı ciddi narahat etməlidir. Qətnamə layihəsinə İslamafobiyanın da rasizm, nifrət, antisemitizm sözündən sonra əlavə edilməsi vacibdir. Biz bu kimi hallara biganə qalmamalıyıq və qarşısının alınması üçün ümumi səylərimizi gücləndirməliyik. Bu kimi narahatlıq doğuran halların artmasının qarşısını almaq üçün üzv ölkələrdə gənc nəsillərə kiçik yaşlarından etibarən fərqli etnik, dini, sosial qruplara qarşı dözümlülük, hörmət və anlaşmanın öyrədilməsi vacibdir. Təhsil, mətbuat və medianın, siyasətçilərin bu məsələdə rolu böyükdür. Amma təəssüf ki, bəzi ölkələrdə bir sıra siyasətçilərin çıxışları, mətbuatda yayılan məlumatlar tam əksinə dözümsüzlüyün, nifrət və rasizmin artmasına xidmət edir. Bu isə yaxın gələcəkdə böyük faciələrə səbəb ola bilər. Biz hamımız bunun məsuliyyətini dərk etməliyik və XX əsrdə yaşanan faciələri unutmamalıyıq".

"Mən bu cür hallardan əziyyət çəkən bir ölkənin vətəndaşıyam. 1988-ci ildə Ermənistandan 100 minlərlə azərbaycanlı zorla öz doğma torpaqlarından çıxarılıb və bu ölkə monoetnik bir dövlətə çevrilib. Bundan sonra isə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edib və Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər. Bir milyondan çox azərbaycanlı isə öz evindən qovulub və məcburi köçkün həyatı yaşayır. Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrə, eləcə də AŞPA-nın məlum 1416 saylı qətnaməsinə baxmayaraq, Ermənistan onların öz evlərinə qayıtmalarına imkan vermir. Mən bu cür hallardan əziyyət çəkən bir ölkənin təmsilçisi kimi məruzədə əksini tapan bütün məsələləri dəstəkləyir, üzv ölkələri bu məsələlərə həssaslığı daha da artırmağa çağırıram", - azərbaycanlı deputat qeyd edib.

Q.Paşayeva deyib ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkədir: "Azərbaycanda yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri heç vaxt dözümsüzlük və ya hansısa fobiyalarla rastlaşmayıblar. Tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlərlə mövcud olub. Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. Azərbaycan dünyada mədəniyyətlər və sivilizasiyalararası aialoqun güclənməsi istiqamətində bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib, bir çox beynəlxalq tədbirlərin keçilirilməsinin təşkilatçısı olub və bu istiqamətdə layihələrin sayı getdikcə daha da artır. Müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur. Bu səbəbdən də Avropa Şurasına üzv ölkələrdə bu məsələ daim nəzarət altında saxlanılmalıdır. Harada baş verməsindən asılı olmayaraq, mənfi meyillərin qarşısının alınması istiqamətində ümumi səylərimizi daha da gücləndirməliyik". report

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər