Xəbər xətti

19-04-2019

17-04-2019

Yazarlar
Namiq Dəlidağlı





Rublika
Arxiv
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Ən çox oxunanlar
Sorğu

Girov Şahbaz Quliyevin yeni videosu ailəsinə göstərilib -şəkil

Baxılıb: 2111     Tarix: 10-04-2019 19:30   
Girov Şahbaz Quliyevin yeni videosu ailəsinə göstərilib
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin video-görüntüləri ailəsinə təqdim olunub.

Sumqayitfakt.Az manevr.az-a istinadən xəbər verir ki, bu barədə girovun qardaşı İlham Quliyev məlumat verib. Bildirib ki, Şahbazın yeni görüntüləri onlara 15 gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri tərəfindən göstərilib.

“Şahbazın videosunu görəndən bəri özümüzə gələ bilmirik. Biz istəyirik ki, xalqımız onun nə vəziyyətdə saxlanıldığını görsün, halına acısın. Videoya baxanda ürəyimiz qan ağladı. Qardaşım yaman günə qalıb. Təsəvvür edin, eynəksiz heç nə görmür. Şahbaz elə bir haldadır ki, bunu sözlə təsəvvür etmək mümkün deyil. Videoda bizi salamlayır, daha sonra övladı, ailəsi ilə maraqlanır. Təxminən iki dəqiqəlik video idi", - deyə girovun qardaşı vurğulayıb.

Onun sözlərinə görə, Şahbazın durumu heç də yaxşı deyil: "Biz Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrindən xahiş etdik ki, görüntünü insanlar arasında yaymaq, dövlətimizə göstərmək üçün bizə versinlər. Ancaq dedilər ki, bu yalnız ailəsinə göstərmək üçün təqdim edilən görüntüdür. Buna görə arada mübahisə düşdü. Qardaşımın belə görüntüsünü gətirməkdənsə, heç gətirməsinlər”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər