Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

“Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə Sumqayıtda bayram konserti keçirildi - ŞƏKİLLƏR

Baxılıb: 3503     Tarix: 15-03-2019 20:15   


Sumqayıtın ictimai və mədəni həyatında yaxından iştirak edən SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə xalqımızın ən əziz və ən sevimli bayramlarından olan Novruz bayramı ərəfəsində - martın 14-də çoxsaylı neftçilər ailəsinin – ”Azərikimya”nın, SOCAR-Polymer MMC-nin, SOCAR Karbamid zavodunun, “Azəriqaz” İB-nin Sumqayıt Qaz İdarəsinin və Sumqayıtda yaşayan digər əməkdaşlarının, eyni zamanda şəhər sakinlərinin asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili məqsədi ilə “Kimyaçı” Mədəniyyət sarayında geniş konsert proqramı təşkil edilmişdir.

Bu bayram konsertini ölkə başçısının böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinin təntənəli şəkildə qeyd olunması, 2019-cu il respublikamızda “Nəsimi ili” elan edilməsi, eyni zamanda Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqındakı Sərəncamına kimyaçıların ən gözəl töhfəsi adlandırmaq olar.

Tədbirdə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək tədbir iştirakçılarını və ümumilikdə şəhər sakinlərini Novruz bayramı münasibətilə təbrik etmiş, ən xoş arzularını çatdırmışdır.

Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının kollektivinin iştirakı ilə ansamblın solistlərinin ifasında xalq və bəstəkar mahnıları, həmçinin milli rəqslər tamaşaçılar tərəfindən alqışlar və gül-çiçək dəstələri ilə qarşılanmışdır.

Tədbirdə Azərbaycanın böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin qəzəllərinin bədii qiraəti və bu qəzəllər üstündə ifa olunan muğamlar da dinləyicilərdə xoş ovqat yaratmışdır.

Tədbir boyu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Sumqayıta səfərləri, şəhərə göstərdiyi diqqət və qayğı, aparılan abadlıq və quruculuq işləri, yeni sənaye müəssisələrinin yaradılması, nəticə etibarilə Sumqayıtın gözəl bir şəhərə və regionun ən böyük sənaye mərkəzlərindən birinə çevrilməsi diqqətə çatdırılmışdır.

Sonda ansamblın kollektivi dəvətə görə şəhər icra hakimiyyətinə və “Azərikimya” İstehsalat Birliyinə, isti və səmimi münasibətə, yüksək dinləmə mədəniyyətinə və alqışlara görə isə tamaşaçılara təşəkkür etmişdir.

Sumqayitfakt.Az










Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər