Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

“05 Mart – Bədən Tərbiyəsi və İdman günü” Sumqayıtda qeyd edildi - ŞƏKİLLƏR

Baxılıb: 3115     Tarix: 04-03-2019 20:09   
“05 Mart – Bədən Tərbiyəsi və İdman günü” Sumqayıtda qeyd edildi - ŞƏKİLLƏR

Bu gün Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “05 Mart – Bədən Tərbiyəsi və İdman günü” münasibəti ilə şəhərin idman təşkilatlarının rəhbərləri, bədən tərbiyəsi və idman veteranları, Əməkdar məşqçilər, Dünya və Avropa yarışlarının mükafatçıları, idman növləri üzrə baş məşqçilərin iştirakı ilə tədbir keçirilmişdir.

Sumqayitfakt.Az xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin Sumqayıt şəhərindəki abidəsinin önünə gül dəstələri qoymuşlar. Əlamətdar gün münasibətilə Heydər Əliyev Mərkəzində iştirakçılar Gənclər Evinin uşaq və yeniyetmələrinin rəsmləri ilə tanış olmuşlar.

Mərkəzin dəyirmi masa zalında davam edən tədbirdə çıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov bayram münasibəti ilə iştirakçıları təbrik etmiş, dövlətin digər sahələrə olduğu kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin idman sahəsində gördüyü əvəzsiz işlərdən və onun layiqli davamçısı olan, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən, idmançılarımızın iştirak etdiyi mötəbər yarışlardan, ölkəmizdə təşkil edilən Beynəlxalq miqyaslı tədbirlərdən, əldə etdiyi yüksək nailiyyətlərdən və bu nailiyyətlərin qazanılmasında Sumqayıt idmançılarının özünəməxsus payı olmasından danışdı.

E.Hümbətov çıxışını davam edərək Ölkə başçısı cənab İlham Əliyevin iştirakı, şəhər İcra hakimiyyəti başçısının rəhbərliyi altında sosial obyektlərin istifadəyə verilməsi, paralel olaraq şəhərin görkəminin dəyişməsi Sumqayıtda çoxsaylı respublika və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkil edilməsinə münbit şərait yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

“Əməkdar Bədən Tərbiyəsi və idman xadim”ləri Məmməd Eyvazov, Əhməddin Rəcəbli, Qərib Əliyev, cüdo üzrə iki qat paralimpiya çempionu İlham Zəkiyev və Azərbaycan Qol Güləşi Federasiyasının Sumqayıt şəhəri üzrə yerli nümayəndəsi Zöhrab Mənsimov Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, şəhər icra Hakimiyyəti və adiyyatı üzrə idman Federasiyaları tərəfindən bədən tərbiyəsi və idman sahəsində gördüyü məqsədyönlü işlər və bu işlərin şəhərdə uğurla davam etdirilməsini vurğuladılar.

Sonda çıxış edən şəhər İcra Hakimiyyətinin birinci müavini Teymur Səmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü işlərin, uğurlu idman siyasətinin nəticəsində Azərbaycanın bütün bölgələrində möhtəşəm İdman Komplekslərinin tikildiyini, ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan, Ölkə başçısının həyata keçirdiyi sosial yönümlü, iqtisadi əhəmiyyətli tədbirlər nəticəsində respublikamızın hər yerində olduğu kimi, qısa bir dövrdə Sumqayıt şəhərinin də sosial-iqtisadi və mədəni həyatında davamlı inkişafa nail olunması, Ümummilli liderimizin adına layiq, əzəməti ilə insanı valeh edən möhtəşəm Heydər Əliyev Mərkəzi, memarlıq inciləri olan Şahmat və Uşaq İncəsənət məktəbləri, son dövrün möcüzəsi olan füsünkar Sumqayıt Bulvarının tikilərək sakinlərin istifadəsinə verilməsi haqqında geniş məlumat vermişdir. Sonra İlham Zəkiyevi anadan olması və “Azərbaycan Respublikasının Əməkdar Məşqçisi” fəxri adının alması münasibətilə təbrik etdi. Sumqayıt şəhərində bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə bir qrup məşqçi-müəllimlər Baş İdarənin Plaketi, rəsm sərgisinin iştirakçıları sertifikatlarla təltif edilmişlər.

Bayram münasibəti ilə idmanın futbol, cüdo və sərbəst güləş növləri üzrə müxtəlif yaş qruplarında yarışlar keçirilmişdir ki, bu yarışlara 500-ə yaxın iştirakçı cəlb olunmuşdur.









Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər