Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Ermənilər Xocalıya görə üzr istədi - ŞƏKİLLƏR

Baxılıb: 490     Tarix: 26-02-2019 15:40   
Ermənilər Xocalıya görə üzr istədi - ŞƏKİLLƏR


Sosial şəbəkədə erməni istifadəçilər Xocalı soyqırımına görə Azərbaycan xalqına baş sağlığı veriblər.

Sumqayitfakt.Az xəbər verir ki, Xocalı soyqırımının ildönümü ilə bağlı Feysbukda bir qrup erməni Ermənistan dövlətinə müraciət edib və onların çoxu öz səhifələrində başsağlığı mətni yayımlayıb.

Mətndə ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün daha fəal olmasına çağırış da yer alıb. Onlar Ermənistanın bütün layihələrdən kənarda qaldığını, münaqişənin hər iki xalqın sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərdiyini və Qarabağın əslində Azərbaycanın nəzdində normal inkişaf edə biləcəyini vurğulayırlar.

Bundan əlavə, ermənilər Xocalı faciəsi ilə bağlı başsağlığı da verirlər.

Yüzlərlə erməninin yazdığı və paylaşdığı mətni sizə təqdim edirik:

"Erməni xalqının nümayəndəsi olaraq, Dağlıq Qarabağ münaqişəsinin nəhayət ki, beynəlxalq hüquq və ölkələrin ərazi bütövlüyünün qorunması prinsipləri əsasında, sülh yolu ilə həllinə yardım göstərməyinizi xahiş edirəm.

Qeyd etmək istəyirəm ki, süni şəkildə yaradılan və üçüncü ölkələrin maraqlarına xidmət edən bu münaqişə ona gətirib çıxarıb ki, Ermənistan xalqı və Dağlıq Qarabağ erməniləri 30 ildir dilənçi kökündə yaşayır, ölkənin özü isə enerji, nəqliyyat və digər həyati əhəmiyyətli mühüm layihələrdən kənarda qalıb.

Mövcud situasiyanı təhlil edərək belə bir nəticəyə gəlmək və əminliklə söyləmək mümkündür ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində olaraq inkişaf etməsi daha realdır, nəinki belə bir vəziyyətin hökm sürdüyü mənim vətənimdə.

Təəssüf ki, hətta demokratik yolla hakimiyyətə gəlmiş Ermənistanın mövcud iqtidarı da bu münaqişədən faydalanmağa çalışır və ona görə də problemin həllində maraqlı deyil.

Nəticədə iki qonşu xalq bunun əziyyətini çəkir. Bu müraciət Azərbaycan xalqının matəm günü, Xocalı Soyqırımının ildönümü gününə təsadüf edir. Bununla əlaqədar başsağlığı verərək qeyd edirəm ki, bu, erməni xalqının tarixində yol verilmiş ən ciddi səhvdir”.

Qeyd edək ki, apardığımız axtarış zamanı bir sıra erməni sosial şəbəkə istifadəçilərinin Xocalı soyqırımı ilə bağlı fotoları öz profillərində "örtük şəkli” etdiklərinin də şahidi olduq.

Erməni sosial şəbəkə istifadəçilərinin Xocalı soyqırımı ilə bağlı paylaşdıqlarının "skrinşot”larını sizə təqdim edirik./yeniçağ.az

Sumqayitfakt.Az








Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər