Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Zümrüd Baloğlanova Azərbaycan Jurnalistlər Birliyinin fəxri üzvü seçilmişdi

Baxılıb: 2164     Tarix: 15-02-2019 12:20   
Zümrüd  Baloğlanova Azərbaycan Jurnalistlər Birliyinin fəxri üzvü seçilmişdi


Tanınmış jurnalist Zümrüd xanım Baloğlanova Azərbaycan Jurnalistlər Birliyinin fəxri üzvü seçilmişdir.
Sumqayitfakt.Az xəbər verir ki, bu günlərdə tanınmış veteran jurnalist Zümrüd xanım Baloğlanova Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşbbüsü ilə Birliyin fəxri üzvü seçilmişdir.
Qeyd edək ki, Zümrüd Nöhbala qızı Baloğlanova 1946-cı il avqustun 23-də Bakı şəhərində anadan olub. 1953-cü ildə Bakı şəhəri Maştağa qəsəbəsindəki 187 saylı eksperimental orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1964-cü ildə həmin məktəbin 11-ci sinfini qızıl medalla bitirmişdir. Hələ orta məktəbdə oxuyarkən “Azərbaycan pioneri” və “Azərbaycan gənc¬ləri” qəzetlərində müxtəlif məlumat səciyyəli xəbərlərlə, yığcam yazılarla çıxış etmişdir. Məktəbi bitirdikdən sonra Sumqayıt şəhərinə gələrək “Sosialist Sumqayıtı” qəzetində korrektor kimi əmək fəaliyyətinə başlamış, mətbuatda müntəzəm olaraq çıxış etmişdir. 1965-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini qiyabi davam etdirmiş və 1972-ci ildə təhsilini başa vuraraq, jurnalistlik ixtisasına yiyələnmişdir.
“Sosialist şəhərlərinin yaranmasında mətbuatın rolu” mövzusundakı diplom işi müdafiə vaxtı Dövlət komissiyası tərəfindən yüksək qiymətlndirilərək elmı iş kimi davam etdirilməsi tövsiyyə olunmuşdur. Sonradan Zümrüd xanım bu mövzu ətrafında axtarışlarını genişləndirməklə elmi iş müdafiə edərək alimlik dərəcəsi almışdır.
Ötən illər ərzində yerli və mərkəzi mətbuatda müxtəlif səpkili və janrlı yazılarla çıxış etmiş, yüzlərlə operativ yazı, oçerk, reportaj, zarisovka, felyetonların müəlluifi olmuşdur. Hələ 1972-ci ildə SSRİ Jurnalistlər İttifaqına qəbul edilmişdir.
1975-78-ci illərdə “Sumqayıtkimyasənaye” İstehsalat Birliyinin “Kimyaçi” qəzetində məsul katib işləyən Zümrüd Baloğlanova 1978-ci ildə köçürmə yolu ilə “Kirpi” siyasi satira jurnalına işə keçərək felyeton şöbəsinin redaktoru kimi jurnalistlik fəaliyyətini davam etdirmiş, cəmiyyətdəki və gündəlik həyatdakı nöqsanları öz yazıları ilə ciddi şəkildə tənqid etmişdir.
1993-ildə “Möhür” kiçik müəssisəsini yaradan Zümrüd xanım Baloğlanova, hazırda özəl nəşriyyat kimi bu sahədə həm naşir, həm də redaktor kimi fəaliyyət göstərir, eyni zamanda dövri mətbuatda - “Azad Azərbaycan” qəzetində, Azpress.az, SİA.az və digər saytlarda vaxtaşırı publisistik yazılarla jurnalistlik fəaliyyətini davam etdirir.
Dəfələrlə respublika və şəhər səviyyəsində fəxri fərmanlara, diplomlara layiq görülmüş, Respublika Komsomol təşkilatının və “Bilik” Cəmiyyətinin fəxri fərmanları ilə təltif olunmuşdur.
5 çağırış Sumqayıt şəhər Xalq Məhkəməsinin iclasçısı və “Sumqayıtkimyasənaye” İstehsalat Birliyi Partiya Komitəsi Plenumunun üzvü olmuşdur.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Zümrüd Baloğlanova “Müqəddəs qələm” media mükafatı laureatıdır.


Qələm dostumuz, həmkarımız Zümrüd xanım Baloğlanovanı Azərbaycan Jurnalistlər Birliyinin fəxri üzvü seçilməsi münasibətilə təbrik edir, ən xoş arzularımızı yetiririk.

Rafiq Oday, AJB-nin
Sumqayıt təşkilatının sədri,
Əməkdar jurnalist


P.S. Sumqayitfakt.Az olaraq kəsərli qələm sahibi, istedadlı jurnalist Zümrüd xanım Baloğlanovanı təbrik edir, bundan sonra da yeni yaradıcılıq uğurları diləyirik!



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər