Xəbər xətti

17-03-2019

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

“Bu gün Sumqayıtla fəxr etməyə əsaslar var” - Zakir Fərəcov - 65

Baxılıb: 394     Tarix: 04-02-2019 12:45   
“Bu gün Sumqayıtla fəxr etməyə əsaslar var” -  Zakir Fərəcov - 65

Həyatının böyük bir hissəsini Sumqayıta bağlayan, Sumqaytı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməyi qarşısına məqsəd qoyan şəhərimizin icra başçısı Zakir Fərəcovun 65 yaşı tamam olur.

Sumqayıta rəhbərlik etdiyi ilk gündən mədəni həyatın dirçəlməsi üçün əlindən gələni əsirgəməyən icra başçımızın inşa etdirdiyi Möhtəşəm Heydər Əliyev Mərkəzi, Uşaq İncəsənət Məktəbi, müasir standartlara cavab verən, yüksək zövq və estetik baxımdan çox nəfis şəkildə təmir edilən və yenidən qurulan mədəniyyət məbədi-Sumqayıt Dövlət Dram Teatrı, cənab prezidentin “möcüzə” adlandırdığı füsunkar Sumqayıt bulvarı, müasir işıqlandırma sistemi, həmçinin burada yaradılan istirahət obyektləri, attraksionlar, fəvvarə kompleksi, bayraq meydanı və inşa edilən bayraq muzeyi deyilənlərin canlı sübutudur.

Təsadüfi deyil ki, bulvarımız İspaniya və Fransada ali mükafata layiq görülüb.

Heydər Əliyev Mərkəzi üçün yeni, gözoxşayan bina inşa etdirərək əvvəlki binasının yenidən qurularaq Əli Kərim adına Poeziya klubunun istifadəsinə verdirdiyi vaxtdan etibarən poeziya evində silsilə tədbirlər, yazarların imza günü, oxucularla görüşü keçirilmişdir.

Cənab başçımızın mədəniyyətimizə olan diqqət və qayğısından ruhlanan mədəniyyət işçiləri mədəniyyət evlərində, musiqi və incəsənt məktəblərində, Heydər Əliyev Mərkəzində, Sumqayıtın Tarixi Muzeyində, Dövlət Rəsm Qalereyasında, kitabxanalarda bir-birindən maraqlı tədbirlər keçirir.

Hal-hazırda da icra başçısı Zakir Fərəcovun sərəncamı ilə şəhərdə abadlıq işləri vüsət almaqdadır. Geniş küçələr salınır, göz oxşayan park və xiyabanlar yaradılır, Sumqayıt bulvarında on minlərlə nadir ağac və gül kolu əkilir, bir-birindən gözəl fəvvarələr quraşdırılır. Uşaqlar üçün əyləncə kompleksləri yaradılır, küçələrimizi, parkalrımızı nağıl qəhrəmanlarının heykəlləri, müxtəlif dekorativ sənət əsərləri bəzəyir. Məhəllələr abadlaşdırılır, bloklar təmir edilir, binaların dam örtükləri, su, kanalizasiya boruları yenilənir, antisanitariya hallarının qarşısını almaq məqsədilə ciddi işlər görülür.

Bütün bu görülən işlər məhz şəhərimizin inkişafı üçündür.

Cənab prezident Sumqayıta, sumqayıtlılara və şəhərin rəhbəri hörmətli Zakir Fərəcovun fəaliyyətinə yüksək qiymət verərək “Bu gün Sumqayıtla fəxr etməyə əsaslar var” demişdir.

Bu il 70 yaşını qeyd etdiyimiz Sumqayıtda gördüyümüz bu gözəlliklər 65 yaşını qeyd edən Zakir Fərəcovun əsəridir!

Bu qiymətli əsəri qoruyub, gələcək nəsillərə çatdırmaq isə bizim ümdə vəzifəmizdir.

Biz hamılıqla Zakir müəllimin “BİZ HAMIMIZ SUMQAYITLIYIQ!” devizini gördüyümüz hər işdə xatırlamalı və unutmamalıyıq!

Bu Zakir müəllimə ən böyük hədiyyəmiz olar!

Cənab İcra başçımızı Sumqayıtın mədəniyyət işçiləri adından təbrik edir, ona sağlamlıq, gümrahlıq və gördüyü hər bir işdə uğurlar diləyirik!

















Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər