Xəbər xətti
20-10-2021
19-10-2021
18-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Baş nazir müavininin qohumları üçün həbs təhlükəsi - şok təfərrüat

Baxılıb: 3935     Tarix: 25-12-2015 12:12   
Əli Əhmədovun əmisi oğlu istintaq altında ;YAP-ın icra katibinin əmisi oğlunun işi hazırda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılır; "Azərpoçt" MMC-nin direktor müavini olan bacısı oğlunu isə nazir əvəzi yoxlatdırır...
Baş nazir müavininin qohumları üçün həbs təhlükəsi - şok təfərrüat
Sumqayıtfakt.az

2013-cü il prezident seçkisindən sonra baş nazirin müavini təyin edilən Əli Əhmədov qohumları səbəbindən yenidən hədəfə gəlib. YAP-ın icra katibi kimi də fəaliyyət göstərən Ə.Əhmədovun əmisi oğlunun işi hazırda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılır.


“Yeni Müsavat”ın məlumatına görə, saxta sənədlərin düzəldilməsində və külli miqdarda mənimsəmədə ittiham olunan Aqil Oruc oğlu Əhmədov istintaq altındadır və yaxın günlərdə iş məhkəməyə göndəriləcək. Mənbəmizin xəbərində deyilir ki, A.Əhmədov tək deyil, bir neçə nəfərdən ibarət mütəşəkkil dəstə üzvləri istintaqa cəlb edilib. Bildirilir ki, ən yaxın qohumunun istintaqa cəlb edilməsi Ə.Əhmədovu xeyli məyus edib. Çünki iqtidardakı, həm də YAP-dakı rəqibləri bunu Ə.Əhmədova qarşı istifadə edirlər və bu məsələ yuxarılarda kifayət qədər narazılıq yaradıb.

Qeyd edək ki, bundan əvvəl mediada Əli Əhmədovun qardaşı İliç Əhmədovun da dələduzluqda ittiham olunması ilə bağlı xəbərlər yayılmışdı. Onun bir neçə nəfərdən torpaq sahəsi üçün pul aldığı, sonradan isə məsuliyyətdən yayındığı deyilirdi.

Ə.Əhmədovun daha bir yüksək vəzifə tutan qohumu da onun üçün ciddi başağrısına çevrilib. Söhbət “Azərpoçt” MMC-nin baş direktoru vəzifəsini icra edən Sübhan Kazımovdan gedir.

Sübhan Kazımov Ə.Əhmədovun bacısı oğludur. Məlumdur ki, MTN-dəki qalmaqallı həbslərdən sonra Rabitə Və Yüksək Texnologiyalar Nazirliyinin idarə və müəssisələrində də antikorrupsiya həbsləri başlayıb. Noyabrın 3-də “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Q. Bəybalayev barəsində 3 aylıq həbs- qətimkan tədbiri seçilib. İddialara görə, Əli Əhmədovun bacısı oğlunun yüksək posta gətirilməsinə səbəb sabiq nazir Əli Abbasov olub. S. Kazımov 2002-ci ildə “Azərpoçt” MMC-də texniki şöbənin rəisi olsa da, YAP Siyasi Şurasının üzvü Əli Abbasov nazir təyin olunduqdan (2014) az müddət sonra o, “Azərpoçt” MMC-nin baş direktor müavini olub. Poçt sahəsində çalışanlar deyirlər ki, “Azərpoçt”da baş vermiş qanunsuz əməllərdə bacı oğlunun da əli var. İddia olunur ki, baş direktorun tutulmasından sonra Ə.Əhmədov bacısı oğlunu direktor təyin etdirmək niyyətindədir. Amma rabitə və informasiya texnologiyalar naziri əvəzi Ramin Quluzadə S.Kazımovla işləməkdə o qədər də həvəsli deyil. Təsadüfi deyil ki, bir neçə gün əvvəl nazir əvəzi R.Quluzadə qəfil “Azərpoçt” MMC-yə gəlib və qurumun necə işlədiyini yoxlayıb.

Məlumata görə, bu cür qəfil reyd ondan xəbər verir ki, nazirliyin strukturuna daxil olan “Azərpoçtda” yoxlamalar və “təmizləmə” davam etdiriləcək. Ə.Əhmədov və bacısı oğlu isə bu prosesdən heç də uduşlu çıxmayacaq... ("Yeni Müsavat”)


Tarix: 26 dekabr 2015 00:09
XAHİŞ EDİRƏM MƏNİM FACEBOOK STATUSUMDA YERLƏŞDİRDİYİM
MƏKTUBLA TANIŞ OLUN!
Görün mən Azərpoçt İB-də baş alıb gedən qanuna zidd hərəkətlərdən cənab
Ə.Abbasova müraciət edəndən sonra,
Sübhan Kazımova, Şəki PF-nın rəis müavini, uzun illər əhalinin hüquqlarını pozan, öz çirkin əməlləri ilə ona buna şər atan Xədicə Azaqova kimi, flrıldaqçının yalan məlumatı əsasında, S.Kazımov, Q.Bəybalayevin korrupsioner komandasınını müdafiə etməklə yanaşı, hələ məni cinayət məcəlləsi ilə təhdid edir.

Axı mənim də Allahım var.Nəhayət ki, haqq öz yerini tapdı.Kimin kim oldyğu üzə çıxdı.
Şəkidən 43 il fasiləsiz olaraq, rabitədə can qoyan "Əmək Veteranı" Əlosət Ağayev
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər